Növbəti köç karvanı Ağdamın Sarıcalı və Xocalının Ballıca kəndlərinə çatıb, açarlar təqdim edilib - YENİLƏNİB - FOTO
Növbəti köç karvanı Ağdamın Sarıcalı və Xocalının Ballıca kəndlərinə çatıb.
APA xəbər verir ki, Sarıcalı kəndinə bu mərhələdə 34 ailə - 141 nəfər, Ballıca kəndinə isə 21 ailə - 83 nəfər köçürülüb.
Sakinlərə yaşayış evlərinin açarları təqdim edilib.
***
07.07
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
APA xəbər verir ki, böyük qayıdış çərçivəsində bu gün Ağdamın Sarıcalı və Xocalının Ballıca kəndlərinə növbəti köç karvanı yola salınıb.
Sarıcalı kəndinə bu mərhələdə 34 ailə - 141 nəfər köçürülür, Ballıca kəndinə isə 21 ailə - 83 nəfər köçürülür.
Köç edənlər əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Sarıcalı və Ballıca kəndlərinə köç edənlər Respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.
Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 mindən çox insan yaşayır.
Oxşar xəbərlər
Ağdamın Sarıcalı və Xocalının Ballıca kəndlərinə növbəti köç karvanı yola salınıb
Ağdamın Sarıcalı kəndinə növbəti köç karvanı yola salınıb
Növbəti köç karvanı Xocalının Ballıca kəndinə çatıb, mənzillərin açarları təqdim edilib - FOTO - YENİLƏNİB
Xocalının Ballıca kəndinə növbəti köç karvanı yola salınıb - FOTO
Sabah Xocalı şəhərinə və Ballıca kəndinə növbəti köç olacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kredit götürənin sosial yardımı kəsiləcək? - VACİB AÇIQLAMA
-
İranda hərbi əməliyyatlar yenidən başlayır? - Netanyahu və Tramp nələri müzakirə etdilər?
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
Azərbaycanın gülçə atıcısı Avropa çempionatında bürünc medal qazanıb
-
Rövşən Nəcəf: "Sabah" klubunu ürəkdən təbrik edirəm
-
Ronaldo gümüş almaqdan imtina etdi
