Almaniyalı ekspert: Xankəndidə keçirilən bu konfrans iştirakçı ölkələr arasında əməkdaşlıq yaradacaq
"Azərbaycanın ötən ilin noyabrında COP29-a ev sahibliyi etməsi ölkənizin iqlim məsələsinə mühüm önəm verdiyini göstərir".
APA xəbər verir ki, bunu Almaniya Federal İqtisadi İnkişaf və Xarici Ticarət Assosiasiyasının rəhbəri Urs Unkauf VII ADA Siyasi Forumu çərçivəsində "Yeni Dünya Nizamı: İqtisadi Transformasiya və Rəqəmsal İnqilabdan Gözləntilər" mövzusunda panel sessiasında deyib.
O, ölkəsi ilə Azərbaycan arasında mühüm tərəfdaşlıq əlaqələrinin olduğuna diqqət çəkib:
"Almaniya Federativ Respublikası ilə Azərbaycan arasında mühüm əlaqələr var. Biz bu münasibətin daha da inkişafında maraqlıdır. Mənim ölkəmin həm süni intellekt, həm də rəqəmsallaşma sahəsində mühüm potensialı var. Bu gün demək olar ki, bütün ölkələr qlobal dəyişikliklərlə üz-üzədir. Lakin buna baxmayaraq, biz gələcəyə nikbin baxırıq. Hesab edirəm ki, Xankəndi şəhərində keçirilən bu konfrans iştirakçı ölkələr arasında geniş əməkdaşlıq körpülərinin yaradılmasına imkan verəcək. Dünyada baş verən geosiyasi və geostrateji dəyişikliklər narahatlıq doğurmaya bilməz. Bu kontekstdə ölkələr arasındakı əməkdaşlığın daha da genişləndirilməsini vacib sayırıq".
Oxşar xəbərlər
Yunan professor: "Yaşıl enerji" tədarükündə Azərbaycan mühüm rol oynaya bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xankəndidə 7-ci ADA Siyasi Forumu başlayıb - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Almaniya XİN rəhbəri: İqlim maliyyəsi ilə bağlı Aİ ilə Çin arasında danışıqlar aparılır, razılaşmaya az qalıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
7-ci ADA Siyasi Forumu iştirakçıları Xankəndi şəhərinə çatıb - FOTO - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Deputat: Azərbaycan COP29-dan çox şey gözləyir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"












