Qarabağ ilk şəhidlərindən Bəxtiyar Quliyev 32 il sonra dəfn edildiyi qəbiristanlıqda anılıb - FOTO
sizinxeber.az xəbər saytı

Qarabağ ilk şəhidlərindən Bəxtiyar Quliyev 32 il sonra dəfn edildiyi qəbiristanlıqda anılıb - FOTO


1988-ci ildə Ağdamın Şıxbabalı kəndində dəfn edilən Qarabağın ilk şəhidlərindən olmuş Bəxtiyar Quliyev doğum günü münasibətilə 1993-cü ildən sonra ilk dəfə dəfn edildiyi qəbiristanlıqda anılıb.

Sizinxeber.az-nın yerli bürosu xəbər verir ki, Ağdamın işğaldan azad edilmiş Şıxbabalı kəndində təşkil olunan mərasimdə şəhidin doğmaları ilə yanaşı, ictimaiyyət nümayəndələri, müharibə iştirakçıları və bir qrup kənd sakini iştirak ediblər.

Tədbir iştirakçıları Bəxtiyar Quliyevin doğulduğu kənd qəbiristanlığında anım-xatirə məzarını ziyarət edib, şəhidlərin ruhuna dualar oxuyublar.

Çıxışlar zamanı Bəxtiyar Quliyev haqqında geniş söhbət açılıb. Ermənilərin Qarabağda torpaq iddialarına başlamasına görə 1988-ci ildə Ağdamdan Əsgərana təşkil olunan dinc yürüş zamanı ermənilər tərəfindən qətlə yetirilən Əli Hacıyevlə birlikdə şəhid olan 16 yaşlı Bəxtiyarın doğmaları qardaşlarının doğma yurda andıqlarının qürurlu hiss olduğunu bildiriblər.

Qeyd edək ki, Bəxtiyar Quliyevin məzar daşının qalıqları ötən il aşkar edilsə də, dağıntılar səbəbindən məzar hələ də müəyyən edilməyib. Məhz elə buna görə də digər şəhid məzarlarının yanında ona anım-xatirə məzarı yaradılıb.

Oxşar xəbərlər

32 ildən sonra şəxsiyyəti dəqiqləşdirilən I Qarabağ müharibəsi iştirakçısının nəşi Cəbrayılda dəfn edilib - FOTO
Ağdamın Sarıcalı kəndində 32 il sonra ilk dəfə dəfn mərasimi həyata keçirilib
Birinci Qarabağ müharibəsində Kəlbəcərdə itkin düşən Möhübbət Mustafayevin qalıqları dəfn olunub - FOTO
Birinci Qarabağ müharibəsində şəhid olan Cahangir Səfərovun qalıqları Ağdamda dəfn edilib - FOTO - FOTO
Birinci Qarabağ müharibəsində itkin düşmüş, 31 il sonra kimliyi müəyyən edilən şəhidin qalıqları Şəkidə dəfn olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər