Milli QHT Forumunun sədri BMT sessiyasında Fransanın Əlcəzairdə törətdiyi cinayətlərdən danışıb - VİDEO
Fransa Əlcəzairdə keçirdiyi nüvə sınaqlarının nəticələrinə görə tam tarixi və hüquqi məsuliyyəti öz üzərinə götürməlidir.
Sizinxeber.az zəbər verir ki, bunu Azərbaycan Milli QHT Forumunun İdarə Heyəti sədri Ramil İskəndərli BMT-nin İnsan Hüquqları Şurasının Cenevrədə davam edən 58-ci sessiyasının İrqi ayrıseçkiliklə bağlı növbəti plenar iclası çərçivəsində keçirilən ümumi debatlarda video-müraciəti zamanı deyib.
"Bu il Fransa tərəfindən Əlcəzair səhrasında 1960-cı ildə keçirilmiş ilk nüvə sınağının 65-ci ildönümüdür. Həmin faciəli gündə Fransa Əlcəzairin cənub-qərbində ilk nüvə bombasını partlatdı və nəticədə dağıdıcı humanitar və ekoloji fəlakət baş verdi. Bu fəlakətin nəticələri indiki və gələcək nəsillər üzərində uzun kölgə salmaqda davam edir. Bu nüvə sınağı ayrica bir hadisə kimi yox, sonrakı 16 digər sınaq seriyasının başlanğıcı olaraq həyata keçirilib.
Fransa Əlcəzairdə keçirdiyi nüvə sınaqlarının nəticələrinə görə tam tarixi və hüquqi məsuliyyəti öz üzərinə götürməli, nəticədə dəyən zərərin aradan qaldırılması üçün əməli tədbirlər həyata keçirməlidir, o cümlədən bütün əlaqədar sənədlərin tam açıqlanması, radioaktiv tullantıların basdırıldığı yerlərin müəyyən edilməsi, çirklənmiş ərazilərin ekoloji reabilitasiyası və zərərçəkənlərə ədalətli kompensasiya ödənilməsi, onların adekvat tibbi xidmət və dəstəyə çıxışının təmin edilməsini həyata keçirilməlidir. Bu müstəmləkə zehniyyəti Fransa dövləti tərəfindən Əlcəzairlilərə qarşı daha geniş irqi ayrı-seçkilik nümunələri ilə üst-üstə düşür.
Biz Fransa hökumətinin Əlcəzairdə törətdiyi nüvə cinayətlərini tam etiraf etməsi və qurbanlar üçün ədalətli kompensasiya ilə müşayiət olunmalı olan hüquqi və mənəvi məsuliyyəti qəbul etməsinin vacibliyini nəzərinizə çatdırırıq", - o qeyd edib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti Fransanın dənizaşırı ərazilərdə törətdiyi cinayətlərdən danışıb
COP29 QHT Koalisiyası genişlənərək Qlobal Cənub QHT Platformasına çevrilir
85 ölkədən QHT-lər ilk dəfə Azərbaycanın ətrafında vahid koalisiyada birləşib
WUF13 QHT Koalisiyası yaradılır
Monjoin Mohamed: Fransa Qəmər adalarının əhalisini susdurmaq üçün güc tətbiqinə üstünlük verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
Pentaqon Aya uçan ilk astronavtlardan birinin UNO ilə bağlı ifadələrini yayıb - FOTO
-
Anaklaudia Rossbax: Bakıdakı WUF13 UN-Habitat tarixində ən böyük forum olub
-
Daha bir itkin-şəhid dəfn ediləcək
-
Nazir: Qırğızıstan zəlzələyədavamlı tikinti sahəsində Bakının təcrübəsini öyrənməkdə maraqlıdır - EKSKLÜZİV
-
Mirziyoyev: Özbəkistan Qarabağın bərpasını dəstəkləməyə davam edəcək
