85 ölkədən QHT-lər ilk dəfə Azərbaycanın ətrafında vahid koalisiyada birləşib
Bu ilin yayında Azərbaycan Milli QHT Forumunun təşəbbüsü ilə yaradılmış COP29 QHT Koalisiyasının noyabrında 6-da “zoom” vasitəsilə növbəti hibrit görüşü keçirilib.
Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli APA-ya bildirib ki, inklüzivlik amilinin əsas götürüldüyü COP29 QHT Koalisiyası qısa müddətdə iqlim dəyişmələri ilə mübarizədə dünyanın 85 ölkəsindən olan vətəndaş cəmiyyəti təşkilatlarının vahid səsinə çevrilib.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransında (COP) müşahidəçi statusa (observer status) malik 110 təşkilat COP29 QHT Koalisiyasının üzvüdür. Ümumilikdə, Koalisiyada yer alan təşkilatların sayı isə 380-ə çatıb. Koalisiyanın əsas məqsədi yerli və beynəlxalq QHT-lər arasında iqlim dəyişmələri ilə mübarizədə qlobal əməkdaşlığı təşviq etməkdir.
Bu dəfəki görüşdə COP29-da iştirakla əlaqədar məsələlər koordinasiya edilib, QHT-lər tədbirlər barədə məlumatlandırılıb.
Pan-Afrika İqlim Ədaləti Alyansının (PACJA) təmsilçisi Filip Kionzo COP29 zamanı Azərbaycan Milli QHT Forumu ilə birgə təşkil olunacaq beynəlxalq tədbir barədə danışıb. Görüşdə Azərbaycanın COP Atəşkəsi Çağırışı növbəti dəfə alqışlanıb.
Oxşar xəbərlər
COP29 və COP30 ölkələrinin QHT-ləri arasında görüş keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
43 ölkədən QHT-lər COP29-u müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
71 ölkədən 335 QHT COP29-da birgə addımları müzakirə edib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Muxtar Babayev COP29 QHT Koalisiyasının üzvləri ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Muxtar Babayev COP29 QHT Koalisiyasının üzvləri ilə görüşəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












