DİN bayram günlərində işğaldan azad olunan ərazilərə səfər edən şəxslərə müraciət edib - VİDEO
sizinxeber.az xəbər saytı

DİN bayram günlərində işğaldan azad olunan ərazilərə səfər edən şəxslərə müraciət edib - VİDEO


DİN bayram günlərində işğaldan azad olunan ərazilərə səfər edən şəxslərə müraciət edib.

Sizinxeber.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin müraciətində deyilir:

- Novruz bayramını doğma diyarlarımızda - Qarabağda qeyd etmək istəyən, tətil günlərində işğaldan azad olunmuş ərazilərə səfər edən şəxslərədir müraciətimiz. Əziz və dəyərli vətəndaşlar, ölkəmizin xarici qonaqları! Bayramınızın şən əhval-ruhiyyədə, əmin-amanlıq şəraitində keçməsi üçün polis əməkdaşları gücləndirilmiş iş rejimində çalışacaq, təhlükəsizliyinizi təmin etmək üçün bütün zəruri tədbirləri həyata keçirəcək. Lakin siz də üzərinizə düşən məsuliyyəti anlamalı, qaydalara biganə yanaşmamalısınız. Bilməlisiniz ki, icazəniz varsa sərbəst və maneəsiz gediş-gəlişiniz təmin olunacaq. Müvafiq portaldan qeydiyyatdan keçərək şəxsi minik avtomobiliylə səfər edirsinizsə, ilk növbədə əvvəlcədən müəyyən olunmuş marşrutlarla hərəkət etməlisiniz. Müvəqqəti polis postlarında Sizə təqdim edilən təlimat-bildirişlərdə də qeyd olunduğu üzrə kənar yollarla getməyinizə icazə verilmir. Əraziyə spirtli içki, tez alışan və partlayıcı maddə aparmamaq, yalnız istirahət üçün nəzərdə tutulan yerlərə səfər etmək xahişimiz və tələbimizdir. Bir sözlə, Şuşada, Laçında, Zəngilanda, Füzulidə, Ağdərədə və Qarabağımızın digər dilbər guşələrində bütün təhlükəsizlik qaydalarına əməl etməli, ictimai narahatlıq yaradan hallardan çəkinməli, davranışlarınızla sabitlik mühitinə xələl gətirməməlisiniz. Gəlin, bu xüsusi günlərdə hər zamankından daha çox həmrəy olaq, xətasız-bəlasız, firavan, sevgi və xoşbəxtlik dolu anlara şahidlik edək.
Bayramınız mübarək!

Oxşar xəbərlər

DİN bayram günlərində azad olunan ərazilərə səfər edən şəxslərə müraciət ünvanlayıb
DİN bayram günlərində azad olunan ərazilərə səfər edənlərə müraciət edib
Polis bayramda gücləndirilmiş rejimdə çalışacaq - VİDEO
Xarici səyyahların işğaldan azad olunan ərazilərə səfəri davam edir
Azad olunmuş ərazilərə köçürülən sakinlərdən 4 minədək şəxsin məşğulluğu təmin edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər