DİN bayram günlərində azad olunan ərazilərə səfər edən şəxslərə müraciət ünvanlayıb
sizinxeber.az xəbər saytı

DİN bayram günlərində azad olunan ərazilərə səfər edən şəxslərə müraciət ünvanlayıb


Daxili İşlər Nazirliyi (DİN) bayram günlərində azad olunan ərazilərə səfər edən şəxslərə müraciət ünvanlayıb.

"Report"un məlumatına görə, müraciətdə deyilir ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il polis əməkdaşları gücləndirilmiş iş rejimində çalışacaq, təhlükəsizliyinizi təmin etmək üçün bütün zəruri tədbirləri həyata keçirəcək.

"Siz üzərinizə düşən məsuliyyəti anlamalı, qaydalara biganə yanaşmamalısınız. Bilməlisiniz ki, icazəniz varsa, sərbəst və maneəsiz gediş-gəlişiniz təmin olunacaq. Müvafiq portaldan qeydiyyatdan keçərək şəxsi minik avtomobili ilə səfər edirsinizsə, ilk növbədə əvvəlcədən müəyyən olunmuş marşrutlarla hərəkət etməlisiniz. Müvəqqəti polis postlarında Sizə təqdim edilən təlimat-bildirişlərdə də qeyd olunduğu üzrə kənar yollarla getməyinizə icazə verilmir. Əraziyə spirtli içki, tez alışan və partlayıcı maddə aparmamaq, yalnız istirahət üçün nəzərdə tutulan yerlərə səfər etmək xahişimiz və tələbimizdir. Bir sözlə, Şuşada, Laçında, Zəngilanda, Füzulidə, Suqovuşanda və Qarabağımızın digər dilbər guşələrində bütün təhlükəsizlik qaydalarına əməl etməli, ictimai narahatlıq yaradan hallardan çəkinməli, davranışlarınızla sabitlik mühitinə xələl gətirməməlisiniz. Gəlin, bu xüsusi günlərdə hər zamankından daha çox həmrəy olaq, xətasız-bəlasız, firavan, sevgi və xoşbəxtlik dolu anlara şahidlik edək", - DİN-dən bildirilib.

Oxşar xəbərlər

RİNN bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək
FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
DİN azad edilmiş ərazilərə buraxılan şəxslərə müraciət edib
FHN avtomobillərini qanunsuz parklayan sürücülərə müraciət edib
BDYPİ səfərdə olan sürücülərə müraciət edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər