BMT Baş katibinin köməkçisi: Süni zəka daha böyük problemləri həll edə bilər
"Azərbaycanda açıq mənbə texnologiyalarından istifadə səviyyəsi bizim üçün maraq doğuran mövzulardan biridir".
Sizinxeber.az-nın məlumatına görə, bunu BMT-nin baş katibinin köməkçisi Bernardo Mariano XII Qlobal Bakı Forumunun "Yeni Dünya üçün Yeni Texnologiyalar" adlı panelində deyib.
O bildirib ki, təmsil etdiyi təşkilat nüfuzundan istifadə edərək, ölkələrdə süni intellektin tətbiqini sürətləndirmək üçün təsir imkanlarından istifadə etməlidir:
"Süni zəka sahəsində araşdırma təqribən 60 il vaxt aparıb. Nəticədə "ChatGPT" texnologiyası ortaya çıxdı. Mən hesab edirəm ki, süni zəka daha böyük problemləri həll edə bilər. Süni zəka icmaya xidmət edir, iqlim dəyişikliyi məsələsinin həllində və xüsusilə də insanda itmiş zəkanın bərpasında rol oynayır. Eyni zamanda süni zəkanın mənfi cəhətləri də var. Bu texnologiya insanlığa problem də yarada bilər. Qlobal idarəçiliyə gəldikdə, ümid edirəm ki, biz bu sahədə BMT-nin aparıcı rolundan istifadə edə biləcəyik. "Open Source Technology" mövcud problemlərin yeganə həll yolu deyil. BMT-nin inandırmaq qabiliyyətini nəzərə alaraq hesab edirəm ki, biz süni intellektin tətbiqində ölkələrə təsir edə bilərik. Eyni zamanda Azərbaycanda açıq mənbə texnologiyalarından istifadə səviyyəsi bizim üçün maraq doğuran mövzulardan biridir. Biz elə etməliyik ki, süni zəkanın üç prinsipinə əməl edilsin. Bunlar məlumatların emalı, alqoritm və hesablama gücüdür. BMT öz nüfuzundan istifadə edərək, ayrı-ayrı ölkələrdə süni intellektin təşviqi üçün tədbirlər görməlidir".
Oxşar xəbərlər
Bernardo Mariano: BMT süni intellektin tətbiqini sürətləndirmək üçün imkanlarından istifadə etməlidir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azercell süni zəka texnologiyasına əsaslanan “AI Chat Bot” xidmətini təqdim edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İqlim maliyyəsi iqlim dəyişikliyi ilə mübarizədə mühüm rol oynayır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azercell “AI Chat Bot” artıq iOS istifadəçilərinin də xidmətində [xfgiven_updateblue][/xfgiven_updateblue]
Amerikalı alim: Süni intellektlə bağlı mexanizmlər təkmilləşdirilməlidir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"












