Dövlət Komitəsinin şöbə müdiri: Boşanmaların təşəbbüskarının 70 faizi qadınlardır
Boşanmaların təşəbbüskarının 70 faizi qadınlardır.
APA xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin təşkil etdiyi “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ailə, qadın və uşaq hüquqları – konstitusion hüquqların əsas prioriteti kimi” mövzusunda ictimai dinləmədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova deyib.
Taliyə İbrahimova bildirib ki, onlar xasiyyətlərin uyuşmamasını əsas gətirir: “Görünür ki, daha dərin səbəblər var. Ailə qanunvericiliyə ilə bağlı yeni dəyişikliklər paketini hazırlamışıq, bu yaxın zamanda Milli Məclisə təqdim olunacaq. Qızqaçırma halları da var. Adam oğurluğu cinayətlərinin böyük hissəsi qızqaçırma ilə bağlıdır”.
Oxşar xəbərlər
"Uşaq hüquqları haqqında" yeni qanun layihəsi yaxın zamanda Milli Məclisə təqdim olunacaq
Nazir müavini insanların prinsipə məhkəməyə müraciət etməsindən şikayətlənib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
WSJ: Tramp müdafiə şirkətləri ilə raket və sursat istehsalının sürətləndirilməsini müzakirə edəcək
