Deputat yaşlı, xəstə məhkumların əfvini təklif edib
Deputat Naqif Həmzəyev yaşlı, xəstə məhkumların əfvini təklif edib, Vətən müharibəsi dövründə Gəncəyə atılan raket atışı nəticəsində evlərinə ziyan dəyən insanların bəzilərinin üzləşdiyi çətinliyi açıqlayıb.
APA xəbər verir ki, deputat bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2024-cü il üzrə məruzəsi”nin müzakirəsində bildirib.
Qərb bölgəsində tikintisi həyata keçirilən cəzaçəkmə müəssisələrinin də tezliklə istifadəyə verilməsini istəyən deputat deyib ki, tibbi sığorta ilə vətəndaşlara tətbiq edilən bütün imtiyazlar cəzaçəkən şəxslərə də aid edilsin: “Məruzədə 65 yaşdan yuxarı və 25 ildən çox cəza çəkən şəxslərin əfvi məsələsinə toxunulsa, yaxşı olardı. Cəza çəkmə müəssisələrində xəstə olan şəxslərin əfv olunması ilə bağlı məsələyə baxılmalıdır. Onların cəzaçəkmə müəssisəsində canını tapşırmasındansa, öz ailəsinin yanımda canını tapşırması yaxşı olardı”.
Naqif Həmzəyev nəzərə çatdırıb ki, 44 günlük Vətən müharibəsi dövründə Gəncəyə atılan raket atışı nəticəsində evlərinə ziyan dəyən insanların böyük əksəriyyətinin problemi həll edilib: “Amma bəzi ailələrin problemi qalıb. Evinin sənədləri Müdafiə Nazirliyinə aid olan ailələr var ki, dövlət tərəfindən vəsait ayrılsa da, onların evi tikilib təhvil verilmir. Bu məsələni Ombudsman nəzarətə götürə bilər. Dövlət pul ayırıb, amma pul xərclənə bilmir”.
Oxşar xəbərlər
Deputat: Qonşu ölkə Azərbaycana qarşı tiryək müharibəsi aparır
Ombudsmanın əməkdaşları 4 saylı cəzaçəkmə müəssisəsinə başçəkmə keçirib
Zahid Oruc: Aliment Fondunun yaradılması saxta boşanmaları artıra bilər
Ombudsmanın nümayəndələri "Abzas Media" işi üzrə həbs edilənlərlə görüşüb
Sabah hərbi hissələrdə və cəzaçəkmə müəssisələrində seçki məntəqələri üzrə seçicilərin siyahılarının dəqiqləşdirilməsi başa çatacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kredit götürənin sosial yardımı kəsiləcək? - VACİB AÇIQLAMA
-
Hər uşağa görə ayrıca pul veriləcək? – AÇIQLAMA
-
Sosial yardım bu şərtlərlə və həmin ailələrə veriləcək — AÇIQLAMA
-
İranda hərbi əməliyyatlar yenidən başlayır? - Netanyahu və Tramp nələri müzakirə etdilər?
-
Kanada rəsmisi: Şəhər problemləri hökumətlərin həll imkanlarını üstələyir
-
Rövşən Nəcəf: "Sabah" klubunu ürəkdən təbrik edirəm
