Deputat: Qonşu ölkə Azərbaycana qarşı tiryək müharibəsi aparır
sizinxeber.az xəbər saytı

Deputat: Qonşu ölkə Azərbaycana qarşı tiryək müharibəsi aparır


Qonşu ölkə Azərbaycana qarşı tiryək müharibəsi aparır.

Sizinxeber.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2024-cü il üzrə məruzəsi”nin müzakirəsində deputat Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, hər gün telekanallarda eşidirik ki, ölkəmizə narkotik gətirənlər aşkar edilir: “Tiryək müharibələri tarixdə həmişə olub, tiryək müharibələri səssiz müharibə kateqoriyasına aiddir. Bu gün qonşu ölkə Azərbaycana qarşı tiryək müharibəsi aparır. Bu qonşu ölkənin adını hamımız bilirik. Biz nadir hallarda Gürcüstandan, Rusiyadan, Türkiyədən narkotik keçirilməsinə rast gəlirik. Amma məlum qonşu ölkə yerdən, göydən, dənizdən narkotiki başımıza yağdırır”.

Hikmət Babaoğlu qeyd edib ki, ölkəmizə qarşı aparılan səssiz müharibə kateqoriyalarından biri də enerji içkilərinin satışıdır: “Buna da hansısa məhdudiyyət gətirməliyik. Bu içkilərdən istifadə edənlərdə 22-25 yaşlarda şəkər xəstəliyi baş qaldırır, tükənmə hissi yaranır. Bu içkiləri içənlərin övladları olmur, ondan genefondu qurutmaq üçün istifadə olunur”.

Oxşar xəbərlər

Deputat yaşlı, xəstə məhkumların əfvini təklif edib
Beyləqanda saxlanılan şəxsdə 3 kiloqram tiryək aşkarlanıb
Deputat: Bir sıra diplomatlarımız Azərbaycana qarşı qarayaxma kampaniyası aparır
Narkotik satışına görə 3 nəfər həbs olunub, 38 kq marixuana və tiryək götürülüb
Bərdə sakinindən 3 kq tiryək götürülüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər