Cəbrayılda yeni kəhrizlərin tikilməsi nəzərdə tutulur
İşğaldan azad edilmiş ərazilərdə kəhrizlərin bərpası üçün strategiya hazırlanmalıdır.
Sizinxeber.az-nın Zəngilana ezam olunmuş müxbirinin xəbərinə görə, bunu Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin böyük məsləhətçisi, Ekoloji məsələlər üzrə işçi qrupun üzvü Nərgiz Qaracayeva işçi qrupun iclasında deyib.
"İşğaldan azad edilmiş ərazilərdə əhalinin dayanıqlı yaşaması üçün kəhrizlərin bərpası vacibdir.
Buna görə də, kəhrizlərin bərpası üçün strategiya hazırlanmalı, bu işin hansı quruma tapşırılacağını müəyyənləşdirmək lazımdır".
Xüsusi nümayəndə həmçinin qeyd edib ki, işğaldan əvvəl Cəbrayılda 100-dən çox kəhriz olub. Bu kəhriz sularından içməli su və suvarma məqsədilə istifadə edilib.
"Kəhriz bizim mədəni irsimizin bir hissəsidir.
Iqlim dəyişikliyi ilə əlaqədar su ehtiyatlarının azalması fonunda alternativ su ehtiyatı olan kəhrizlərin bərpası vacibdir.
2024-ci ildə işğaldan azad edilmiş Horovlu kəndində 5 kəhriz bərpa edilib.
Ən bol sulu kəhriz "Baş kəhriz" isə hələ bərpa edilməyib".
Eyni zamanda, Soltanlı, Şükürbəyli kəndində və Cəbrayıl şəhəri ərazisində yeni kəhrizlərin tikilməsi nəzərdə tutulur.
Oxşar xəbərlər
Qubadlı, Zəngilan və Cəbrayılda əvvəlki qaydaya qaytarılmış qum-çınqıl yataqlarının sayı açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azad olunmuş ərazilərdə nəsli kəsilmək təhlükəsində olan 165 bitki növü var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xankəndidə Ekoloji məsələr üzrə İşçi Qrupun növbəti iclası keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zəngilanda Ekoloji məsələlər üzrə işçi qrupun növbəti iclası keçirilir - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gələn il azad edilmiş ərazilərdə daha 5 avtomat meteoroloji stansiya quraşdırılacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












