Baş prokuror Beyləqanda vətəndaşları qəbul edəcək
sizinxeber.az xəbər saytı

Baş prokuror Beyləqanda vətəndaşları qəbul edəcək


Martın 4-də Baş prokuror Beyləqanda vətəndaşları qəbul edəcək.

APA xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatında bildirilib.

Qeyd olunub ki, Prezident İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev cari il martın 4-də, saat 10:00-da Beyləqan rayon prokurorluğunun inzibati binasında Beyləqan, Füzuli, İmişli, Sabirabad, Saatlı, Xocavənd və Cəbrayıl rayon sakinlərinin qəbulunu keçirəcək.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Beyləqan rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu, [email protected] elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.

Oxşar xəbərlər

Baş prokuror Sumqayıtda qəbul keçirəcək
Baş prokuror Gəncədə vətəndaşları qəbul edəcək
Baş prokuror Xızıda vətəndaşları qəbul edəcək
Baş prokuror Naxçıvanda vətəndaşları qəbul edəcək
Baş prokuror Zərdabda vətəndaşları qəbul edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər