Hüquq-müdafiəçiləri Şahnaz Bəylərqızı ilə bağlı Prezidentə və birinci xanıma təşəkkür ediblər
sizinxeber.az xəbər saytı

Hüquq-müdafiəçiləri Şahnaz Bəylərqızı ilə bağlı Prezidentə və birinci xanıma təşəkkür ediblər


Hüquq-müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvləri Səidə Qocamanlı, Novella Cəfəroğlu və Səadət Bənənyarlı jurnalist Şahnaz Bəylərqızı ilə bağlı verilən qərara görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər.

Sizinxeber.az xəbər verir ki, bu barədə hüquq müdafiəçilərinin müraciətində bildirilib.

“Jurnalist Şahnaz Bəylərqızının sağlamlığını nəzərə alaraq ev dustaqligina buraxilmasi xahişini diqqətdə saxlayıb bu gün onu ailəsinə qovuşdurduğuna görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin təşəkkürümüzü bildiririk”, müraciətdə deyilir.

Hüquq müdafiəçiləri, fəaliyyətlərində daima konstruktiv dialoqun tərəfdarı olduqlarını, bundan sonra da bu yöndə əllərindən gələni edəcəklərini vurğulayıblar.

Qeyd edək ki, hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Səidə Qocamanlı və Səadət Bənanyarlı fevralın 8-də Prezident İlham Əliyev və Birinci Vitse Prezident Mehriban Əliyevaya müraciət ediblər.

Onlar səhhəti ilə bağlı jurnalist Şahnaz Bəylərqızının ev dustaqlığına buraxılmasına dəstək olmağı xahiş etmişdilər.

Oxşar xəbərlər

Məhkəmə jurnalist Şahnaz Bəylərqızı ilə bağlı qərar verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Jurnalist Şahnaz Bəylərqızı saxlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Jurnalist Şahnaz Bəylərqızı ev dustaqlığına buraxılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva cüdoçu Hidayət Heydərova zəng ediblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva cüdoçu Zelim Kotsoyevə zəng ediblər [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle