DYP yollarda sürüşmə ehtimalının artması ilə bağlı xəbərdarlıq edib
sizinxeber.az xəbər saytı

DYP yollarda sürüşmə ehtimalının artması ilə bağlı xəbərdarlıq edib


DİN-in Baş Dövlət Yol Polisi İdarəsi yollarda sürüşmə ehtimalının artması ilə bağlı xəbərdarlıq edib.

Bu barədə Sizinxeber.az-ya BDYPİ-dən xəbər verilib.

Məlumata görə, hazırda respublika ərazisində yağmurlu hava şəraiti hökm sürür ki, bu da yollarda qəza riskini artırır:

"Xüsusilə çiskinli havalarda toz-qum, eləcə də avtomobil şinlərindən ayrılan xırda hissəciklər su ilə qarışaraq asfalt üzərində nazik təbəqə formalaşdırır ki, bu da əsasən səhər və axşam saatlarında sürüşmə ehtimalını dəfələrlə artırır. Həmçinin, unutmaq olmaz ki, su gölməçələri də şinlərin yerlə təmasını azaldır ki, bu da sürətlə hərəkət edən avtomobilin istiqamətini qəflətən dəyişə bilər.

Baş Dövlət Yol Polisi İdarəsi dumanlı, çiskinli havalarda görmə məsafəsinin əhəmiyyətli dərəcədə məhdudlaşmasını da nəzərə alaraq, bir daha sürücülərdən sürət həddini minimuma endirməyi, ara məsafəsini normadan artıq saxlamağı, avtomobilin şüşəsilənlərinin, işıq cihazlarının saz vəziyyətdə olmasına nəzarət etməyi, yağış sularının yaratdığı gölməçələrdən keçərkən ehtiyatlı olmağı, ətrafdakı insanları nəzərə almağı xahiş edir".

Oxşar xəbərlər

Yol polisi yağmurlu hava ilə bağlı müraciət edib
DYP yağışlı hava ilə bağlı xəbərdarlıq edib
Yol polisi hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib
DYP əlverişsiz hava ilə bağlı sürücülərə müraciət edib
DYP hava şəraiti ilə bağlı xəbərdarlıq edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle