İlyas İsmayılov dəfn edilib - FOTO - YENİLƏNİB
Azərbaycanın sabiq Baş prokuroru, ədliyyə naziri, Ədalət Partiyasının sədri İlyas İsmayılov dəfn olunub.
Sizinxeber.az xəbər verir ki, o, Nardaran qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində mərhumun ailə üzvləri, yaxınları, o cümlədən, ictimaiyyət nümayəndələri iştirak ediblər.
***
11:06
Azərbaycanın sabiq Baş prokuroru, ədliyyə naziri, Ədalət Partiyasının sədri İlyas İsmayılovla vida mərasimi keçirilib.
Sizinxeber.az xəbər verir ki, vida mərasimi Heydər məscidində baş tutub.
Mərasimdə mərhumun ailə üzvləri, yaxınları, o cümlədən ictimaiyyət nümayəndələri iştirak ediblər.
İlyas İsmayılov bu gün Nardaranda dəfn ediləcək.
Qeyd edək ki, ötən gün vəfat edən İlyas İsmayılov bir müddət əvvəl Mərkəzi Kliniki Xəstəxanın reanimasiya şöbəsinə yerləşdirilmişdi. Onun ölüm səbəbi multiorqan çatışmazlığı olub.
Xatırladaq ki, İlyas İsmayılov 1985-1990-cı illərdə Respublika prokuroru, 1992-1995-ci illərdə isə ədliyyə naziri kimi fəaliyyət göstərib. Milli Məclisin III və IV çağırış deputatı olub. 2001-ci ildən Ədalət Partiyasına sədrlik edib.
Günay Elşən
Oxşar xəbərlər
İnsult keçirən İlyas İsmayılovun vəziyyəti açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İlyas İsmayılov vəfat edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mövlud Süleymanlı ilə vida mərasimi keçirilib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
İlyas İsmayılov yenidən reanimasiyaya yerləşdirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İlyas İsmayılovla vida mərasimi keçirilib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












