“Biznesin müflisləşməsi” İşçi qrupunun növbəti iclası keçirilib
Azərbaycan Respublikası Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Ədliyyə Nazirliyinin rəhbərlik etdiyi “Biznesin müflisləşməsi” İşçi qrupunun 2024-cü ilin yekunları və 2025-ci il üzrə prioritet vəzifələrə həsr olunan geniş tərkibdə iclası keçirilib.
Sizinxeber.az xəbər verir ki, iclasda Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Katibliyi, Ədliyyə Nazirliyinin, Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının əməkdaşları, İqtisadiyyat Nazirliyi və Nazirliyin yanında Dövlət Vergi Xidməti, Vəkillər Kollegiyasının nümayəndələri və İşçi qrupun digər üzvləri, o cümlədən özəl sektorun nümayəndələri iştirak ediblər.
Tədbirdə Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri, Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev açılış nitqi ilə çıxış edərək Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Biznesin müflisləşməsi” İşçi qrupu çərçivəsində aidiyyəti qurumlarının məqsədyönlü və koordinasiyalı fəaliyyəti nəticəsində qazanılmış nailiyyətlərin ölkəmizdə biznes mühitinin daha da yaxşılaşdırılmasına və beynəlxalq reytinqlərin yüksəlməsinə xidmət etdiyini bildirib. Daha sonra o, işçi qrupun yeni rəhbərini iclas iştirakçılarına təqdim edib.
Azərbaycan Respublikası ədliyyə nazirinin müavini, İşçi qrupun rəhbəri Abiddin Hüseynov çıxış edərək 2025-ci il üzrə qarşıda duran prioritet vəzifələr və biznesin müflisləşməsi sahəsinin daha da inkişaf etdirilməsi ilə əlaqədar ötən dövrdə görülən işlər barədə məlumat verib, işçi qrupun fəaliyyəti nəticəsində əldə edilmiş əsas nailiyyətləri səsləndirib.
Qeyd olunub ki, 2024-cü il üzrə Yol Xəritəsinin icrası ilə bağlı “Biznesin müflisləşməsi” İşçi qrupu tərəfindən təşkilati, qanunvericilik və maarifləndirici işlər görülüb. Yol Xəritəsinin fəaliyyət istiqamətləri üzrə müəyyən edilmiş tədbirlər ötən dövr ərzində əsasən müvəffəqiyyətlə icra edilib, bir sıra tədbirlərin icrası isə 2025-ci ildə də davam etdiriləcək.
İclas zamanı bildirilib ki, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın tərkibində 33 işçi qrupu var.
Qeyd olunub ki, İşçi qrupun üzvləri tərəfindən Yol Xəritəsində nəzərdə tutulmuş tapşırıqlar üzrə əsas nailiyyətlər təqdim olunub və 2025-ci il üçün Yol Xəritəsinin hazırlanmasına dair fikir mübadiləsi aparılıb.
Günay Elşən
Oxşar xəbərlər
"Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi" işçi qrupunun növbəti iclası keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Biznesin müflisləşməsi” İşçi qrupunun onlayn formatda görüşü keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Biznesin müflisləşməsi” İşçi qrupunun vəkillərlə görüşü keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Biznesin müflisləşməsi” İşçi qrupunun auditorlarla görüşü keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Qlobal İnnovasiya İndeksi"nin insan kapitalı ilə bağlı göstəricilərin yaxşılaşdırılması üzrə müzakirələr aparılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












