“Biznesin müflisləşməsi” İşçi qrupunun onlayn formatda görüşü keçirilib
Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Ədliyyə Nazirliyinin rəhbərlik etdiyi “Biznesin müflisləşməsi” İşçi qrupunun onlayn formatda geniş tərkibdə növbəti iclası keçirilib.
Bu barədə Sizinxeber.az-ya Ədliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, iclasda Ədliyyə Nazirliyinin, Ali Məhkəmənin, Bakı Apellyasiya Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının əməkdaşları, İqtisadiyyat Nazirliyinin, Dövlət Vergi Xidmətinin, Vəkillər Kollegiyasının nümayəndələri və İşçi qrupun digər üzvləri, o cümlədən özəl sektorun nümayəndələri iştirak ediblər.
İclasda İşçi qrupun rəhbəri, Bakı Apellyasiya Məhkəməsinin hakimi Ramin Qaraqurbanlı Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Biznesin müflisləşməsi” indikatoru ilə bağlı sorğuların cavablandırılması və simulyasiya prosesi, eyni zamanda kommunikasiya tədbirlərinin genişləndirilməsi məqsədilə hazırlanan İntensiv Kommunikasiya Planı barədə məlumat verib.
Bununla yanaşı İşçi qrupun 2024-cü il üzrə əsas hədəflərini əhatə edən yol xəritəsində nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti müzakirə olunub, həmçinin “Müflisləşmə və sağlamlaşdırma haqqında” qanun layihəsinin və digər qanunvericilik aktlarının hazırlanması ilə bağlı görülən işlər səsləndirilib.
Tədbir iclas iştirakçılarının çıxışları və İşçi qrupun fəaliyyəti ilə bağlı müzakirələrlə davam etdirilib.
Məlumat üçün qeyd edək ki, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Biznesin müflisləşməsi” İşçi qrupuna rəhbərliyi Ədliyyə Nazirliyi həyata keçirir.
Oxşar xəbərlər
“Biznesin müflisləşməsi” İşçi qrupunun vəkillərlə görüşü keçirilib
“Biznesin müflisləşməsi” İşçi qrupunun auditorlarla görüşü keçirilib
“Biznesin müflisləşməsi” İşçi qrupunun sahibkarlıq subyektləri ilə görüşü keçirilib
"Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi" işçi qrupunun növbəti iclası keçirilib
Azərbaycanda "Sağlamlaşdırma və müflisləşdirmə haqqında" yeni qanun layihəsi hazırlanır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yeni il ərəfəsində bölgələrdə ev kirayələmək neçəyə başa gəlir?
-
Futbol üzrə Azərbaycan Kubokunda ilk 1/4 finalçı müəyyənləşib
-
UNEC-də Beynəlxalq Əlilliyi olan şəxslər gününə həsr edilmiş tədbir keçirilib
-
Sumqayıtda 91 yaşlı qadın 9-cu mərtəbədən yıxılaraq ölüb
-
Azərbaycanda mülki silahın əldə edilməsi proseduru elektronlaşdırılır
-
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (03.12.2024)