Azad olunmuş ərazilərdə peşə təhsili alacaq 3 min nəfərin təhsil haqqını dövlət ödəyəcək
İlkin hesablamalara görə işğaldan azad edilən ərazilərdə məskunlaşması nəzərdə tutulan azı 3000 nəfər şəxsin peşə təhsili üzrə cəmi təhsil haqqı xərcləri təqribi 3.5 mln. manat təşkil edəcək.
Sizinxeber.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında parlamentin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev deyib.
O bildirib ki, işğaldan azad edilmiş ərazilərdə məskunlaşmış və 2025-26, 2026-27, 2027-28-ci tədris illəri üzrə dövlət, bələdiyyə və özəl peşə təhsili müəssisələrinə qəbul olunmuş şəxslərin təhsil aldıqları müddətdə təhsil haqqının dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi nəzərdə tutulur.
Layihə sözügedən ərazilərdə dayanıqlı məşğulluğun təmin edilməsi və zəruri kadr potensialının formalaşdırılması məqsədilə həyata keçiriləcək tədbirlərdən biri kimi həmin ərazilərin iqtisadi potensialı və əmək bazarının tələbləri nəzərə alınaraq peşə təhsilinin stimullaşdırılmasına xidmət edəcək.
Təhsil haqlarının dövlət vəsaiti hesabına ödənilməsinin “AR-nın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I DP” nın qüvvədə olduğu müddətdə həyata keçirilməsi nəzərdə tutulur.
Oxşar xəbərlər
Azad olunmuş ərazilərdə məskunlaşanların peşə məktəblərində təhsil haqqını dövlət ödəyəcək
Peşə təhsili sahəsində güzəştin hansı şəxslərə şamil olunacağı açıqlanıb
Ceyhun Kərəmov: Şuşa Dövlət Peşə Təhsil Mərkəzində 3 yeni ixtisas tədris olunacaq
Peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsinə start verilib
Onların təhsil haqqını dövlət ödəyəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Atalıq məzuniyyətinə çıxan kişilərə nə qədər pul veriləcək?
-
ADY-dən Bakı-Tiflis qatarı ilə bağlı açıqlama
-
Dövlət Komitəsinin sədri: "İqtisadi canlanma azad olunmuş ərazilərin bərpasının vacib hissəsidir"
-
Lamiyə Əl Səud: Mənzil təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün başlanğıc nöqtədir
-
Keniyalı qonaq: "WUF13 Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün mühüm platformadır"
-
Anjela Makeyeva İlham Əliyevə və Azərbaycan hökumətinə təşəkkür edib
