DYP dumanlı hava ilə bağlı xəbərdarlıq edib
sizinxeber.az xəbər saytı

DYP dumanlı hava ilə bağlı xəbərdarlıq edib


DİN-in Baş Dövlət Yol Polisi İdarəsi dumanlı havanın yollarda yarada biləcəyi təhlükə barədə xəbərdarlıq edib.

İdarədən APA-ya verilən məlumata görə, xəbərdarlıqda deyilir:

"Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən respublika əhəmiyyətli avtomobil yollarının da keçdiyi bir sıra bölgələrdə duman səbəbindən görünüş məsafəsi 50-200 metrədək məhdudlaşıb.

Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu avtomagistrallarda hərəkət intensivliyinin artacağını nəzərə alaraq, xüsusilə səfərə çıxan sürücülərdən dumanlı havada sürət həddini, ara məsafəsini yol və hava şəraitinə uyğun seçməyi, nəqliyyat vasitələrinin, ələlxüsus onların xarici işıq cihazlarının, şüşə silgəclərinin sazlığından əmin olmağı, dayanma, durma, parklanma, eləcə də ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi xahiş edir".

Oxşar xəbərlər

DYP dumanlı hava ilə əlaqədar müraciət edib
Yol polisi hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib
Yol Polisi dumanla əlaqədar sürücülərə müraciət edib
DYP əlverişsiz hava ilə bağlı sürücülərə müraciət edib
Naxçıvanda dumanlı hava ilə bağlı xəbərdarlıq olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər