Əlilliyi olan şəxslər üçün yeni güzəştlər müəyyənləşir, vergi inzibatçılığı sadələşdirilir
sizinxeber.az xəbər saytı

Əlilliyi olan şəxslər üçün yeni güzəştlər müəyyənləşir, vergi inzibatçılığı sadələşdirilir


Əlilliyi olan şəxslər üçün yeni güzəştlər müəyyənləşir.

Sizinxeber.az xəbər verir ki, bu, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Qeyd edilib ki, layihəyə əsasən, əlilliyi olan şəxslərin vergi inzibatçılığının sadələşdirilməsi və onların özünüməşğulluq təşəbbüslərinin dəstəklənməsi üçün

- əl işlərinin satışından əldə olunan gəlirdən ödəmə mənbəyində 2% dərəcəsi ilə verginin tutulması təmin ediləcək;

- satışın həyata keçirilməsi üçün xüsusi elektron portal yaradılacaq;

- əl işlərinin satışını həyata keçirən əlilliyi olan şəxslər portalda qeydiyyatdan keçəcək;

- əl işlərinin satışından əldə olunan gəlirdən vergilər çıxıldıqdan sonra əlilliyi olan şəxs üçün açılmış bank hesabına köçürüləcək;

- portalda qeydiyyatdan keçmiş əlilliyi olan şəxslər vergi orqanlarında qeydiyyatdan keçmək, vergi hesablamaq, vergi hesabatları tərtib etmək və vergi orqanına təqdim etmək kimi işlərdən azad olacaq, bu işlər portal vasitəsilə elektron qaydada onların əvəzinə həyata keçiriləcək;

- həmçinin əl işlərinin satışından əldə olunan gəlirlər məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlir növlərinə aid ediləcək.

Oxşar xəbərlər

Əlilliyi olan şəxslərin əl işlərinin satışı üçün xüsusi elektron portal yaradılacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Parlamentin şöbə müdiri: Əlilliyi olan şəxslər üçün yeni vergilər müəyyən olunmur, özünüməşğulluq təşəbbüsləri dəstəklənir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlir növlərinin əhatə dairəsi genişlənir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gözdən əlilliyi olan “Sosial notlar” layihəsi iştirakçılarına aktivlər verilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olanların sayı açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər