AZAL-ın təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb
Qazaxıstanın Aktau şəhərində baş verən təyyarə qəzası nəticəsində xəsarət alan şəxslərdən ümumilikdə 8 nəfərin (3 kişi, 5 qadın cinsli) müalicəsi Yeni Klinikada davam etdirilir.
Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Qeyd olunub ki, onların hər biri ixtisaslı həkim mütəxəssislər (ortoped-travmatoloq, neyrocərrah, reanimatoloq, torakal-cərrah, infeksionist) tərəfindən zəruri instrumental-diaqnostik müayinə olunublar, hazırda həkim müşahidəsindədirlər:
"Dekabrın 30-da Yeni Klinikaya hospitalizasiya olunan pasiyentlərdən 1 nəfərin vəziyyəti orta ağır stabildir.
Travmatik koma vəziyyətində gətirilən xəstələrdən 2-nin vəziyyəti isə kritik ağır stabil olaraq qiymətləndirilir. Hazırda tənəffüs dəstəyi ilə təmin olunublar. Kəllə-beyin travması, müxtəlif dərəcəli sınıqlar, döş qəfəsinin küt travması və pnevmo-hemotoraks diaqnozu ilə hər iki xəstənin protokola uyğun olaraq müalicələri Reanimasiya şöbəsində davam etdirilir.
Qeyd edək ki, daha öncə hospitalizasiya olunan 14 nəfərdən 5 nəfərin də hazırda Yeni Klinikada stasionar müalicəsi davam etdirilir. Onların vəziyyətləri qənaətbəxşdir.
Ambulator müalicə üçün evə buraxılan şəxslərin sağlamlıq durumlarının aidiyyəti tibb müəssisələri tərəfindən nəzarətdə saxlanılması üzrə müvafiq tapşırıqlar verilib, yaşayış ünvanlarına qayıtmış şəxslər ərazi üzrə tibb müəssisəsinin həkim və psixoloqundan ibarət heyət tərəfindən ziyarət edilib”.
Oxşar xəbərlər
Aktauda təyyarə qəzasında xəsarət alanların vəziyyəti açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Təyyarə qəzasından sonra Bakıya təxliyə olunanlardan biri əməliyyat olunub, vəziyyəti stabildir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Təyyarə qəzasında xəsarət alanlardan 9-u evə buraxılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu gün Aktaudan gətirilən üç yaralının vəziyyəti açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sumqayıtda və Novxanıdakı partlayışda xəsarət alanların vəziyyəti açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












