Horovluda 867 ailə yaşayacaq - FOTO
Bu gün Cəbrayıl rayonunun yenidən salınan Horovlu kəndinə media-tur təşkil olunub.
APA-nın bölgə müxbiri xəbər verir ki, media nümayəndələri kənddə görülən yenidənqurma işlərilə tanış olublar.
Onlara məlumat verilib ki, Horovlu kəndinin layihələndirilən ümumi ərazisi 248 hektardır və perspektivdə bu kənddə 3470 nəfərin yəni 867 ailənin yaşaması nəzərdə tutulub.
Birinci mərhələdə Horovluya 1395 nəfərin köçürülməsi üçün tikilən 334 fərdi evin hörgü işləri tamamlanıb, hazırda xarici və daxili bəzək işləri görülür. İnşa olunan evlər iki, üç, dörd və beş otaqdan ibarətdir.
Həmçinin burada məktəb binası, uşaq bağçası və digər iaşə obyektlərinin tikintisi davam etdirilir.
Kəndin dayanıqlı su təchizatını təmin etmək məqsədilə burada əvvəllər mövcud olmuş kəhrizlərin bərpası üçün layihə də həyata keçirilib.
Qeyd edək ki, Horovlu kəndinin təməli 2023-cü il mayın 4-də Prezident İlham Əliyev tərəfindən qoyulub.
Oxşar xəbərlər
Prezident Cəbrayılın Horovlu kəndində fərdi evlərin və sosial obyektlərin tikintisi ilə tanış olub - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Birinci mərhələdə Cəbrayılın Horovlu kəndinə 1395 nəfərin köçürülməsi nəzərdə tutulur [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident İlham Əliyev Ağdamın Xıdırlı kəndində görülən bərpa işləri ilə tanış olub - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident İlham Əliyev Ağdamın Kəngərli kəndində aparılan bərpa işləri ilə tanış olub - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ağdam rayonunun Salahlı Kəngərli kəndinin təməli qoyulub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












