ADY və Beynəlxalq Maliyyə Korporasiyası yeni əməkdaşlıq istiqamətlərini müzakirə edib
10 dekabr tarixində “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədr müavini Arif Ağayevin Dünya Bankının Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) yüksək səviyyəli nümayəndələri ilə görüşü olub.
APA xəbər verir ki, görüş zamanı IFC-nin Avropa, Latın Amerikası və Karib hövzəsi üzrə regional infrastruktur və enerji meneceri Kamila Rodrigez və digər rəsmiləri ilə vaqon parkının genişləndirilməsi, yeni maliyyələşdirmə üsullarının tətbiqi sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.
IFC-nin dəmiryol infrastrukturunun inkişafı üzrə bir sıra iri layihələrə dəstəyi nəzərə alınaraq bu istiqamətdə də tərəfdaşlıq imkanları nəzərdən keçirilib.
Arif Ağayev ADY-nin vaqon parkının genişləndirilməsi və modernləşdirilməsi üçün son illərdə gördüyü işlərdən, o cümlədən müasir elektrik qatar və lokomotivlərinin alınması və daxili resurslar hesabına həyata keçirilən layihələrin icrasından danışıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
IFC Azərbaycanın dəmiryol infrastrukturunun inkişafına dəstək ola bilər
ADY sədrinə yeni müavin təyin edilib
Belarus Azərbaycan ərazisindən dəmir yolu ilə Türkiyə və İrana yüklərin göndərilməsində maraqlıdır - FOTO
COP29-da "İqlim siyasətində dəmir yolları" mövzusunda tədbir keçirilib
“Rhenus Group” logistika şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdır - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













