Ömər aşırımına güclü qar yağıb - FOTO
sizinxeber.az xəbər saytı

Ömər aşırımına güclü qar yağıb - FOTO


Toğanalı-Kəlbəcər avtomobil yolunun Murovdağ silsiləsindən keçən hissəsinin Ömər aşırımı adlanan ərazi ağ örpəyə bürünüb.

Sizinxeber.az-nın yerli bürosunun məlumatına görə, ötən gündən qərb bölgəsində müşahidə olunan küləkli və yağıntılı hava şəraiti temperaturun aşağı düşməsinə səbəb olub.

Gecədən başlayaraq Ömər aşırımına qar yağıb. Yağan qarın hündürlüyü 15-20 santimetrə çatır.

Qeyd edək ki, Ömər aşırımı Kiçik Qafqazın Murov silsiləsində yerləşən, Azərbaycanın Kəlbəcər rayonunu Göygöllə birləşdirən mühüm dağ keçididir. Aşırım dəniz səviyyəsindən 3260 metr hündürlükdə yerləşir.

Oxşar xəbərlər

Gəncəyə güclü yağış yağıb, bəzi küçələrə sel gəlib - FOTO
Lənkəran-Astara zonasında yağıntılı hava şəraiti davam edir
Külək Goranboyda fəsadlar törədib - YENİLƏNİB
Prezident Toğanalı-Kəlbəcər-İstisu yolundakı 4-cü tuneldə və yolun 15,2 kilometrlik hissəsində görülən işlərlə tanış olub - YENİLƏNİB
Media nümayəndələri Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu və tuneldə görülən işlərlə tanış olublar - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər