UNEC rektoru və gənc alimin İsveçrənin yaşil iqtisadiyyat modelinin Qarabağda tətbiqi barədə məqaləsi Emerald-da nəşr olunub
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov və UNEC-in Elmi fəaliyyətin təşkili şöbəsinin müdiri, gənc siyasi-alim Nərgiz Hacıyevanın həmmüəllifi olduqları “İsveçrənin Yaşıl İqtisadiyyat Siyasətinin Azərbaycanının Qarabağ Regionunda Tətbiqi: Bir Baxış və Qiymətləndirmə” adlı məqalə SCOPUS indeksli nüfuzlu nəşriyyat olan Emerald-in “Green Management: A New Paradigm in the World of Business” adlı kitabının 7-ci fəslində dərc olunub.
Bu barədə Sizinxeber.az-ya Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İctimaiyyətlə Əlaqələr Şöbəsindən məlumat verilib.
Bildirilib ki, məqalədə İsveçrənin yaşıl iqtisadiyyat siyasətinin Qarabağda tətbiqolunma imkanları və faydalılığı qiymətləndirilib. Həmçinin İsveçrənin innovasiya potensialı və Azərbaycanın bərpa olunan enerji sahəsindəki inkişafı nəzərdən keçirilərək, bu siyasətin Qarabağda tətbiqi nəticəsində əldə olunacaq müsbət təsirlər müəyyənləşdirilib.
Kitabı Emerald, eləcə də Google, Amazon, Barnes & Noble, Thrifts Book kimi beynəlxalq kitab mağazalarından onlayn əldə etmək olar.
Oxşar xəbərlər
UNEC Almaniyanın Constructor Universiteti ilə əməkdaşlıq edəcək
Beynəlxalq Mühasiblər Federasiyasının (İFAC) prezidenti UNEC-də olub
UNEC-də “Yaşıl iqtisadiyyat: Elm, təhsil, texnologiya və innovasiya” mövzusunda beynəlxalq konfrans başlayıb
UNEC İnnovativ Gənclər Təşkilatı yaradılıb
UNEC “Mükəmməl akademik performans” mükafatına layiq görülüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sürücülərin bilməli olduğu VACİB MƏQAM: Bu halda cərimə OLUNACAQSINIZ
-
Ən yüksək əmək haqqı bu sahədədir - Deputat
-
Əmək pensiyaları ilə bağlı AÇIQLAMA
-
Türkiyə Sudanın suverenliyini dəstəkləyir - YENİLƏNİB
-
Kazemiro "Mançester Yunayted"dən ayrıldıqdan sonra "İnter Mayami"yə keçməyi planlaşdırır
-
I Böyük Qayıdış Proqramı nə vaxt yekunlaşacaq?
