Ədliyyə naziri BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin icraçı direktoru ilə görüşüb
sizinxeber.az xəbər saytı

Ədliyyə naziri BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin icraçı direktoru ilə görüşüb


Ədliyyə naziri Fərid Əhmədov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin icraçı direktoru və Vyana ofisinin rəhbəri Qada Valinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirliyin Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı Azərbaycanın BMT çərçivəsində siyasi dialoq və praktiki əməkdaşlıqda fəal iştirak etdiyi, COP29 tədbirinin ölkəmizdə təşkilinin bu əməkdaşlığın bariz nümunəsi olduğu vurğulanıb. Həmiçinin Azərbaycanla BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsi arasında çoxşaxəli əməkdaşlıq əlaqələrinin həyata keçirildiyi qeyd edilib.

Ədliyyə Nazirliyinin də BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsi, eləcə də qurumun Mərkəzi Asiya və Cənubi Qafqaz Əlaqələndirici Şəbəkəsi ilə sıx əlaqələrinin olduğu, nazirliyin BMT-nin Cinayətkarlığın qarşısının alınması və cinayət ədliyyəsi üzrə Komissiyasının tədbirlərində təmsil olunduğu vurğulanıb.

Eyni zamanda, BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsi ilə ölkəmizin müvafiq qurumları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün 2024-2027-ci illər üzrə Praktiki Tədbirlər Planı layihəsində Ədliyyə Nazirliyi ilə əməkdaşlığı əhatə edən bəndlərin də olduğu xüsusi qeyd edilib.

Səmimi qəbula görə təşəkkür edən Qada Vali, ölkəmizin sədrliyi ilə keçirilən COP29-un yüksək səviyyədə təşkil edildiyini vurğulayıb, qeyd olunan sahələrdə tərəflər arasında əməkdaşlığın daha da inkişaf edəcəyinə əminliyini bildirib.

Oxşar xəbərlər

Azərbaycanla BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsi arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Baş Prokuror BMT-nin Baş katibinin müavini ilə görüşüb
Kamran Əliyev İƏT baş katibi ilə görüşüb
Kamran Əliyev BƏƏ Baş prokurorunun müavini ilə görüşüb
Baş Prokurorluq COP29-la bağlı Vyanada təşviqat tədbiri keçirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle