Gəncədə çökmüş yolda asfalt örtüyü bərpa edilir- FOTO - YENİLƏNİB
Gəncə şəhərin Gülüstan yaşayış massivində, Aydın Nəbiyev küçəsində asfalt örtüyü çökən ərazidə tədbirlər görülür.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gəncə şəhər İcra Hakimiyyətindən bildirilib.
Qeyd olunub ki, sözügedən ərazidə bir müddət əvvəl "Açıq Kommunal İnfrastruktur Proqramı II" layihəsi çərçivəsində içməli su və çirkab su xətləri yenilənib. İşlər yekunlaşdıqdan sonra isə yol asfaltlanıb. Hazırda çökmüş yolun asfalt örtüyünün bərpa edilməsi istiqamətində işlər aparılır.
***
12.34
Gəncədə bir müddət əvvəl çəkilən asfalt çöküb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.
Qəsəbənin Aydın Nəbiyev küçəsində kanalizasiya xətti quraşdırılıb, bir müddətdən sonra əraziyə yeni asfalt örtüyü çəkilib. Sonradan yolun hərəkət hissəsinin asfaltı çöküb.
Bu, avtomobillərin hərəkətində çətinliklər yaradıb.
Asfalt örtüyü çökən ərazidə bərpa işlərinə başlanıb. Küçəyə texnika cəlb olunub.
Oxşar xəbərlər
Gəncədə yeni çəkilən asfalt yol çöküb - FOTO
Gəncədə "Zəfərin mübarək, Azərbaycan!" adlı konsert proqramı keçirilib - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Arzum" məhkəmə zalında həbs olundu
-
QDTİB-nin İllik Toplantısı çərçivəsində Biznes Forum keçirilir - FOTO
-
Saks: Orta Dəhliz İpək Yolunun müasir davamıdır
-
Prezident İlham Əliyev və Ursula fon der Lyayen mətbuata birgə bəyanatlarla çıxış ediblər - - FOTO - YENİLƏNİB-1
-
Fitso: Qərb faktiki olaraq Rusiya ilə müharibə vəziyyətindədir
-
DÇ-2026-nın oyunu zamanı meydana azarkeş daxil olub
