Şuşada "Xarı bülbül qoxulu zəfər günü" adlı tədbir keçirilib - FOTO
Şuşada "Xarı bülbül qoxulu zəfər günü" adlı tədbir keçirilib.
APA-nın bölgə müxbiri xəbər verir ki, Zəfər Günü münasibətilə təşkil edilən tədbirdə şəhər sakinləri, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, millət vəkili Polad Bülbüloğlu, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şuşa 1 nömrəli orta məktəbin direktoru Səbinə Gözəlova Zəfər gününü qürurla yaşadıqlarını və bu günə görə şəhidlərə borclu olduğunu dilə gətirib:
"Sevindirici haldır ki, bu gün biz bu tədbirləri Şuşa sakinləri ilə birlikdə keçiririk. Nə xoş bizə ki, bizim məktəbin akt zalında keçirilən bu tədbirlərdə şuşalı məktəblilər öz bilik və bacarıqlarını böyük sevinc və qürur hissi ilə nümayiş etdirirlər. Əlbəttə ki, bu bir başlanğıcdır. Biz bu gün qürurluyuq. Bu qüruru və bu zəfəri bizə yaşadan şəhidlərimizə, müharibə iştirakçılarına və təbii ki, Ali Baş Komandana təşəkkür edirik.
Söz yox ki, bu gün bu Zəfərin qüruru ilə böyüməkdə olan nəsil daha da sağlam təfəkkürlü və vətənpərvər böyüyəcək. Biz də pedaqoji heyət olaraq bu yolda əlimizdən gələni edəcəyik. Çalışacağıq ki, bu məktəb binasında təhsil alan hər bir məktəbli yüksək intellektə və dərin savada malik olsun”.
Qeyd edək ki, tədbirin sonunda, məktəblilərin Şuşanın tarixindən bəhs edən ədəbi - bədii kompozisiya nümayiş etdirilib.
Oxşar xəbərlər
Şuşada Zəfər yürüşü keçirilib - FOTO - VİDEO
Xankəndi şəhərində Zəfər Günü münasibətilə yürüş keçirilir - FOTO - VİDEO
Gəncədə Zəfər yürüşü keçirilir - FOTO
Türkiyənin Zəfər bayramı münasibətilə bu ölkənin Naxçıvandakı Baş Konsulluğunda tədbir keçirilib - FOTO
32 il sonra Şuşada ilk Bilik Günü keçirilib - FOTO - VİDEO - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sürücülərin bilməli olduğu VACİB MƏQAM: Bu halda cərimə OLUNACAQSINIZ
-
Əmək pensiyaları ilə bağlı AÇIQLAMA
-
Bu şəxslər avtobus və metroya pulsuz minəcəklər — DETALLAR
-
Türkiyə Sudanın suverenliyini dəstəkləyir - YENİLƏNİB
-
ABŞ Oman körfəzində İrana məxsus tankerdə axtarış aparıb
-
Kazemiro "Mançester Yunayted"dən ayrıldıqdan sonra "İnter Mayami"yə keçməyi planlaşdırır
