

DSX Sərhəd Nəzarəti Komandanlığına media-tur təşkil edilib - FOTO
Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti Komandanlığına media-tur təşkil edilib.
APA xəbər verir ki, DSX Sərhəd Nəzarəti Komandanlığının rəisi general-leytenant Elşən Verdiyev media nümayəndələrinə Sərhəd Qoşunlarının yaranma tarixi barədə məlumat verib.
O, bildirib ki, 1919-cu ildə AXC parlamentinin qərarı ilə ölkə ərazində 99 sərhəd məntəqəsi yaradılıb. Daha sonra ölkəmiz ikinci dəfə müstəqillik qazandıqdan sonra Sərhəd Qoşunları fəaliyyətini davam etdirib. II Qarabağ savaşında Dövlət Sərhəd Xidməti hərbi qulluqçuları qəhrəmancasına vuruşub.
General-leytenant DSX-nin Sərhəd Komandanlığının COP29-la bağlı hazırlıqdan da söz açıb:
“Sərhəd Nəzarəti Komandanlığı COP29-a hazırdır. Sənədlərin operativ yoxlanılması üçün xüsusi texnoloji təchizatlar hazır vəziyyətdədir və bu istiqamətdə zəruri tapşırıqlar verilib”.
Dövlət Sərhəd Xidməti və Sərhəd Nəzarəti Komandanlığın fəaliyyətindən, uğurlarından bəhs edən videoçarx nümayiş olunub.
Daha sonra media nümayəndələri Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti Komandanlığının inzibati binası ilə tanış olub. Həmçinin media nümayəndələri, xidmətdə istifadə edilən avtomaşınlara, xüsusi avadanlıqlara və cihazlara baxış keçirib. Bununla yanaşı, jurnalistlər tədris prosesi və xidmət əməkdaşlarının asudə vaxtını səmərəli keçirdikləri idman zalında olub.
Ardınca mediatur iştirakçıları videogörüntüyə nəzarət otağındakı iş prosesini, sorğuların qeydiyyata alınması, aidiyyati üzrə yönlədirilmə prosesini izləyib.
Jurnalistlərə Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti Komandanlığının kinoloji xidmətinin iş prinsipi izah olunub və əyani “əməliyyat” prosesi təqdim olunub.
Daha sonra mediatur iştirakçıları DSX-nin Sərhəd Komandanlığının Heydər Əliyev adına Beynəlxalq Hava Limanındakı əməkdaşlarının iş prosesini izləyib.
Azərbaycan Respublikası tərk edən və ölkəyə daxil olan şəxslərin sərhəd yoxlanış məntəqəqələrində yoxlama prosesini, sənədlərində problem olan, saxta pasport aşkarlanan zaman görülən iş prosesi izlənilib.
Oxşar xəbərlər
DSX Sərhəd Nəzarəti Komandanlığına media-tur təşkil edilib
COP29-la bağlı Sərhəd Nəzarəti Komandanlığında xidməti müşavirə keçirilib
General sərhəd nəzarətində əsas təhlükə mənbələrini açıqlayıb
İrandan Azərbaycana 7 kq narkotik keçirilməsinin qarşısı alınıb - FOTO
Rusiya sərhədçilərinin "Zvartnots" hava limanını tərk etmələri barədə protokol imzalanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Putin xaos yaradır: Kreml Bakıya qara təbliğata başladı
-
Nazirin səsindən istifadə edildi, iş adamları hədəf alındı
-
Azərbaycan-Rusiya münasibətləri: Təyyarə hadisəsi, miqrantlara təzyiqlər və "Rus Evi"nin bağlanması
-
Qərbi Azərbaycan Xronikası: Mxitaristlər ermənilərin keçmişinə dair saxta tarix yazıblar
-
Gəncədə evdə qaz balonu partlayıb, xəsarət alan var
-
İsrailin müdafiə naziri HƏMAS-ı Qəzza razılaşmasını pozmaqda ittiham edib
