Gürcüstandan olan azərbaycanlılar Ağdamda olublar
Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edən Gürcüstanda yaşayan azərbaycanlılar Ağdamda olub.
Sizinxeber.az-nın Qarabağ bürosunun xəbərinə görə, nümayəndə heyəti bu gün Ağdam şəhərində Heydər Əliyev Fondu tərəfindən bərpa və restavrasiya edilmiş “Cümə” məscidini ziyarət edib.
Axund Hacı Mehman Nəsirov ziyarətçilərə məscid haqqında əməlumat verib.
Gürcüstan Müsəlmanları İdarəsinin sədri, şeyx Hacı Ramin İgidov Sizinxeber.az-ya bildirib ki, ermənilərin Qarabağda yaşayış evləri, tarixi abidələrlə yanaşı məscidləri də dağıtdıqlarının şahidi olublar. O, bunu bəşəriyyətin ən azğın cinayəti hesab etdiyini bildirib.
Qeyd edək ki, səyyahlar Ağdam şəhərindən Gürcüstana yola düşüblər.
Onlar bu gün Xankəndi şəhərində, bir gün əvvəl isə Şuşada olublar.
Oxşar xəbərlər
Gürcüstandan olan bir qrup azərbaycanlı Xankəndiyə səfər edib - FOTO - YENİLƏNİB
Gürcüstandan olan bir qrup azərbaycanlı Xankəndiyə səfər edib - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
