UNEC-in 3 alimi dünyanın ən yaxşı 2 faiz alimləri siyahısında yer alıb
ABŞ-nin Stanford Univeristeti 2024-cü il üçün dünyanın ən yaxşı 2 % alimlərinin (World's Top 2% Scientists) siyahısını açıqlayıb.
Bu barədə Sizinxeber.az-ya universitetin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, dünya elm adamlarının fəaliyyətinin qiymətləndirilməsi məqsədilə hazırlanan siyahıda Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 3 alimi də yer alıb.
Siyahıya əsasən, UNEC-in Kompozit materiallar Elmi-Tədqiqat Mərkəzinin tədqiqatçıları Tural Nağıyev, Elçin Vəliyev və UNEC Avropa İqtisadiyyatı Mərkəzinin tədqiqatçısı Andrea Gatto dünyanın TOP 2 faiz ən yaxşı alimləri sırasındadır.
Qeyd edilib ki, reytinq siyahısı dünyanın ən böyük və nüfuzlu akademik nəşriyyatı olan “Elsevier” şirkətinin “Scopus” bazasının bir il əvvəlki məlumatları əsasında tərtib edilir. Siyahı iki mərhələdə həyata keçirilir. İlkin mərhələdə ən azı 5 məqaləsi “Scopus” bazasında indeksləşən alimlər seçilir. Sonrakı seçim isə keyfiyyət göstəriciləri əsasında (istinadların ümumi sayı, özünə istinadlar nəzərə alınmadan istinadların sayı, h-indeksi, hm-indeksi, təkmüəllifli məqalələrə istinadların sayı və s.) aparılır.
Oxşar xəbərlər
UNEC-ə 600-dən çox bal toplayaraq qəbul olanların sayı 89 faiz artıb
Beynəlxalq Mühasiblər Federasiyasının (İFAC) prezidenti UNEC-də olub
UNEC-də 8 ixtisas üzrə keçid balı 600-dən yüksək olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Arzum" məhkəmə zalında həbs olundu
-
QDTİB-nin İllik Toplantısı çərçivəsində Biznes Forum keçirilir - FOTO
-
Fitso: Qərb faktiki olaraq Rusiya ilə müharibə vəziyyətindədir
-
Prezident İlham Əliyev və Ursula fon der Lyayen mətbuata birgə bəyanatlarla çıxış ediblər - - FOTO - YENİLƏNİB-1
-
Saks: Orta Dəhliz İpək Yolunun müasir davamıdır
-
DÇ-2026-nın oyunu zamanı meydana azarkeş daxil olub
