Oleandr bitkisinin ölümə səbəb olması barədə iddialara aydınlıq gətirilib
“Yaşıllaşdırma istifadə edilən Oleandr bitkisinin ölümə səbəb olması barədə iddialar əsassızdır”.
Bunu APA-ya açıqlamasında Mərkəzi Nəbatat Bağında Qida və dərman bitkiləri biokimyası laboratoriyasının müdiri, biologiya elmləri doktoru Həsən Babayev deyib.
O bildirib ki, ölkəmizdə daha çox "söyüd gülü" kimi tanınan "Oleandr" və ya "Zəqqum kolu" adlanan bitkiyə paytaxt Bakı və digər rayonlarımızın küçələrində çox sıx rast gəlinir: “Gözəl gülləri olan bu bitki Abşeron yarımadasının hava şəraitinə tam uyğunlaşmış bitkidir. Abşeronun quraq iqliminə, küləyə və istiyə davamlı olan, asan yetişdirilən bu kollar təkcə bizim ölkəmizdə deyil, həmçinin Avropada, o cümlədən kurort və istirahət məkanları ilə zəngin olan Fransa, Türkiyə, Yunanıstan, İspaniya, İtaliya və s. ölkələrdə də geniş şəkildə əkilib. Quraq iqlimə davamlı olması bu bitkinin dekorativ yaşıllaşdırmada geniş istifadə edilməsinə səbəb olub. Onun güllərinin zəhərli, insanlar üçün təhlükəli olmasına gəldikdə isə, bu günə kimi heç bir ölkədə oleandr gülündən ölüm hadisəsi qeydə alınmayıb. Sözügedən gül yalnız yem kimi qəbul edildikdə o ziyan verə bilər".
Oxşar xəbərlər
Peskov: Kremldə "Telegram"dan xidməti məqsədlər üçün istifadə edilmir
"Beşiktaş" və "Fənərbaxça"nın keçmiş baş məşqçisi vəfat edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
