Baş mütəxəssis: “Keçən illərə nisbətən marşal qadınlarımızın sayı artıb”
“Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024-ə hazırlıq çərçivəsində bu məkanda marşalların yanğınsöndürmə və xilasetmə üzrə təlimləri keçirilir. Bu təlimlərin məqsədi halqada baş verə biləcək yanğın hadisələrinin çevik və effektiv aradan qaldırılmasına yönəlib”.
Bunu APA-ya açıqlamasında Bakı Şəhər Halqası Əməliyyat Şirkətində İdman Departamentinin idman əməliyyatları üzrə baş mütəxəssisi Kamal Əliyarzadə deyib.
Onun bildirdiyinə görə, bu növ təlimlər artıq 5-ci dəfədir ki, keçirilir:
“Marşalların təlimi yarışdan 3 ay əvvəl başlayır. Onlar müxtəlif yaş qruplarından ibarətdir. 21 yaşından yuxarı insanlar marşal ola bilər. Marşalların 65 faizi kişilər, 35 faizi isə qadınlardan ibarətdir. Keçən illərə nisbətən marşal qadınlarımızın sayı artıb. Ötən mövsümün marşal heyətinin 80 faizi saxlanılıb. 2008 nəfərin marşal olmaq istəyini qeydə almışıq. Çatışmayan 20 faizi də bu müraciətlərə əsasən təmin etmişik”.
Oxşar xəbərlər
FHN Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ilə birgə marşallar üçün təlimlər keçirir - FOTO
Marşal Zəhra Məmmədli: “Heç bir qorxu hissi yoxdur”
Polkovnik-leytenant: “Formula 1 yarışları tam şəkildə yanğından təhlükəsiz formada hazırlanır”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Arzum" məhkəmə zalında həbs olundu
-
QDTİB-nin İllik Toplantısı çərçivəsində Biznes Forum keçirilir - FOTO
-
DÇ-2026-nın oyunu zamanı meydana azarkeş daxil olub
-
Saks: Orta Dəhliz İpək Yolunun müasir davamıdır
-
Prezident İlham Əliyev və Ursula fon der Lyayen mətbuata birgə bəyanatlarla çıxış ediblər - - FOTO - YENİLƏNİB-1
-
Fitso: Qərb faktiki olaraq Rusiya ilə müharibə vəziyyətindədir
