Meşələrdə yanğın təhlükəsizliyi məsələləri müzakirə olunub
Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən “Meşə fondu və xüsusi mühafizə olunan ərazilərdə baş verə biləcək yanğın hadisələrinə qarşı qabaqlayıcı tədbirlərin həyata keçirilməsi” mövzusunda Qızılağac Milli Parkında birgə tədbir keçirilib.
Bu barədə Sizinxeber.az-ya FHN-dən məlumat verilib.
Tədbirdə Fövqəladə Hallar Nazirliyinin aidiyyəti yerli qurumlarının, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin və Qızılağac Milli Parkının əməkdaşları iştirak ediblər.
Tədbirdə çıxış edənlər yanğın hadisələrinin baş verməməsi üçün qabaqlayıcı tədbirlərin görülməsinin, yanğınla mübarizə istiqamətində maarifləndirmə işlərinin əhəmiyyətini vurğulayıblar.
Eyni zamanda, kənd təsərrüfatı ilə məşğul olan sahibkarların, fermerlərin, meşə ətrafında yaşayan kənd sakinlərinin, heyvandarlıq və əkinçiliklə məşğul olan vətəndaşların odla ehtiyatlı davranmaları və yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etmələrinin vacibliyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Tədbirin praktiki hissəsində şərti olaraq baş vermiş meşə yanğınının qarşısının alınması əyani şəkildə tədbir iştirakçılarına nümayiş etdirilib.
Oxşar xəbərlər
Naxçıvanda yanğın-taktiki təlim keçirilib
FHN Salyan şəhərində seminar-müşavirə keçirib - FOTO
Təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı maarifləndirmə tədbirləri keçirilib
FHN silsilə maarifləndirmə tədbirləri keçirib
“Fövqəladə hallar könüllüləri” proqramı üçün seçilənlər təlimlərə cəlb edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













