NİİM: Jurnalistlər binasının yaxınlığında işıqforda yaranan problemlə bağlı tədbir görülür
Səbail rayonu, Yeni Salyan yolu-20 ünvanında (jurnalistlər üçün inşa edilmiş binaların yaxınlığında) yolda olan işıqforun işləməsi ilə bağlı bəzi hallarda texniki problem yaranır. Problemin yaranmasına səbəb işıqforun özündə yox, ona verilən elektrik mənbəyi ilə bağlıdır.
Sizinxeber.az xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin Mətbuat xidmətinin rəhbəri Ömər Xıdırov bildirib.
Qeyd olunub ki, bir neçə il əvvəl binada yaşayan sakinlərin müraciəti əsasında yola işıqfor qoyulub: "Həmin vaxt ərazidə mövcud infrastruktur (eleketrik xətti) olmadığından işıqfora binanın ümumi elektrik xəttindən enerji verilməsi təmin edilib. Hazırda binanın həyətində olan mövcud işıqlanma sistemində bəzi hallarda qısaqapanmaların olması ümumi elektrik mənbəyi xəttinə təsir göstərir və bu səbəbdən yolda olan işıqforın işində problem yaranır. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən binanın elektrik mənbəyində olan problemin aradan qaldırılması, ümumilikdə alternativ olaraq elektrik xəttinin çəkilməsi istiqamətində işlər görülür. İşlərin qısa müddətdə tamamlanması nəzərdə tutulub".
Oxşar xəbərlər
Şabranda kolbasa sexi, Xaçmazda 6 boks yanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Mərdəkanda dənizdə batan 4 nəfərdən 2-nin meyiti tapılıb - YENİLƏNİB
