UNEC-in 53 məzunu Dövlət Proqramının qalibi olub
2024/2025-ci tədris ili üzrə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı”nın nəticələri açıqlanıb.
Bu barədə Sizinxeber.az-ya Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İctimaiyyətlə Əlaqələr Şöbəsindən məlumat verilib.
Bildirilib ki, nəticələrə əsasən, UNEC-in 53 məzunu dünyanı aparıcı universitetlərində (University of Washington, University of Chicago, UCL ABŞ, İmperial College London, University of Warwick, London School of Economics and Political Science, University of Glasgow, Cardiff University, University of Edinburgh, University of Leicester, University of Manchester, University of Birmingham, University of Illinois at Urbana- Champaign, University of Minnesota, University of Maryland, Texas A&M University, University of Minnesota, University of Bologna, National University of Singapore) təhsil almaq hüququ qazanıb.
Məzunlardan 10 nəfər ABŞ, 41 nəfər Birləşmiş Krallıq, 1 nəfər İtaliya, 1 nəfər isə Sinqapurun nüfuzlu universitetlərinə qəbul olub.
Oxşar xəbərlər
Dövlət Proqramı üzrə xaricdə təhsil alacaq tələbələrin növbəti siyahısı açıqlanıb
Azərbaycanlı magistrant Birləşmiş Krallığın ən aparıcı təhsil ocağına qəbul olub
Dövlət Proqramı ilə xaricdə təhsil alacaq gənclərin sayı artırılıb
Xaricdə təhsil üçün dövlət proqramına müraciət edənlərin sayı artıb
UNEC-in “Açıq qapı” günlərində 800-dən çox abituriyent iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













