Azərbaycanlı magistrant Birləşmiş Krallığın ən aparıcı təhsil ocağına qəbul olub
Azərbaycanlı magistrant Laçın Məmmədov beynəlxalq təqaüd proqramının qalibi seçilib.
"Report"un ABŞ bürosu xəbər verir ki, L.Məmmədov dünyanın və Birləşmiş Krallığın ən aparıcı ali təhsil ocaqlarından biri olan London Universitet Kollecinə (University College London) qəbul alıb.
O, bu il (2024-2025) yüksək nəticə ilə dövlət proqramının qalibi olub və UCL-də mexanika mühəndisliyi ixtisası üzrə magistr təhsili alacaq.
L.Məmmədov Bakı şəhərində anadan olub və 2008-2012-ci illərdə Azərbaycan Neft Sənaye Universiteti Neft Mexanika fakültəsini bitirib. O, 2015-2016-cı illərdə Ispaniya Krallığında "Universitat Autonoma de Barcelona" ali təhsil ocağında biznesin idarə edilməsi üzrə magistr dərəcəsində təhsilini tamamlayıb.
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
