ABA: Regionda problemli kreditlərin ən aşağı səviyyəsi Azərbaycandadır" » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
09 
in
2026
12:30
0
0
1 018
ff aaaaaaa

ABA: Regionda problemli kreditlərin ən aşağı səviyyəsi Azərbaycandadır"

09 in, 2026
12:30
1 018

ABA: Regionda problemli kreditlərin ən aşağı səviyyəsi Azərbaycandadır"

Azərbaycanda problemli kreditlərin səviyyəsi regionda ən aşağı göstəricilərdən biridir.

"Sizinxeber.az" xəbər verir ki, bunu "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin Rəyasət Heyətinin sədri Zakir Nuriyev Bakıda keçirilən "X Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti" çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycanda problemli kreditlərin səviyyəsi region ölkələri ilə müqayisədə ən aşağı göstəricilərdən biridir: "Bəzi hallarda rəqəmlər portfelin ümumi artımı fonunda qiymətləndirilməlidir. Çünki kredit portfelinin həcmi 30,6 milyard manata yüksəlib. Portfel böyüdükcə problemli kreditlərin xüsusi çəkisində cüzi dəyişikliklərin müşahidə olunması təbii haldır. Bu, ümumi strukturun genişlənməsi ilə bağlıdır və təkbaşına mənfi dinamika kimi qiymətləndirilməməlidir."

O həmçinin qeyd edib ki, hüquqi şəxslərin depozitlərinin azalması iqtisadi aktivliyin və ÜDM-in azalması ilə bağlı deyil: "Qətiyyən belə bir əlaqə yoxdur. Hüquqi şəxslərin depozitlərində müşahidə olunan dəyişikliklər daha çox hesab qalıqlarının müəyyən tarixlər üzrə ölçülməsi ilə bağlıdır. Müəyyən tarixlərdə iri həcmli ödənişlər həyata keçirildikdə, bu, müvəqqəti olaraq azalma kimi görünə bilər. Lakin sonrakı dövrlərə baxdıqda bu vəsaitlərin yenidən dövriyyəyə qayıtdığı müşahidə olunur. Ona görə də tək bir tarix üzrə göstərici ümumi trendi və ya real azalmanı tam şəkildə əks etdirmir".

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul