Qanunsuz parklanma yerlərini təşkil edən 160-a yaxın şəxs saxlanılıb
sizinxeber.az xəbər saytı

Qanunsuz parklanma yerlərini təşkil edən 160-a yaxın şəxs saxlanılıb


Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq Bakı şəhərində qanunsuz parklanma yerlərini təşkil edən şəxslər müəyyən olunaraq tədbirlər görülüb, qanunsuz fəaliyyətin qarşısı alınıb.

Bu barədə APA-ya DİN-dən məlumat verilib.


Qanunsuz parklanma yerlərini təşkil edən, yaxud həmin xidmətlə bağlı ödəniş tələb edən şəxslərə qarşı polis əməkdaşları tərəfindən son iki gün ərzində paytaxtın müxtəlif ərazilərində 216 nöqtədə həyata keçirilən monitorinqlər və profilaktik tədbirlər zamanı bu qeyri-qanuni hallara yol verən 159 şəxs müəyyən olunaraq saxlanılıblar. Onlar barəsində qanunla nəzərdə tutulan qaydada tədbirlər görülüb.


Qeyd edək ki, dövlət avtomobil yollarında səlahiyyəti olmayan şəxslər tərəfindən parklanma yerlərinin təşkili, parklanma xidmətinin göstərilməsi, yaxud həmin xidmətlə bağlı ödənişin tələb edilməsinə görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilirlər.


İşin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunması da nəzərdə tutulub.


Göstərilən qanun pozuntusuna yol verən hüquqi şəxslər isə min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə olunurlar.

Oxşar xəbərlər

Saxta "parkovşiklər" 2 min manatadək cərimələnəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ödəniş edilmədən parklanma yerinin tərk edilməsinə görə cərimə artırılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Enerji doldurulması üçün parklanma yerlərində qanunsuz dayanan avtomobillər cərimələnəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
İmişlidə ov edən şəxs saxlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qanunsuz miqrasiya ilə bağlı 34 əcnəbi saxlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər