FHN-in Akademiyasının məzunlarının püşkatma yolu ilə vəzifələrə təyinatı olub
Avqustun 5-də Fövqəladə Hallar Nazirliyində FHN-in Akademiyasını bitirən məzunların Nazirlik sistemində mövcud müvafiq vakant vəzifələrə püşkatma yolu ilə təyinatı olub.
APA xəbər verir ki, tədbirdə Nazirliyin Püşkatma komissiyasının üzvləri, aidiyyəti vəzifəli şəxsləri və FHN yanında İctimai şuranın nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Fövqəladə Hallar Nazirliyi Püşkatma komissiyasının sədri, nazir müavini general-mayor Adil Abdullayev püşkatma yolu ilə vəzifələrə təyin olunan gənc zabitləri təbrik edərək onlara peşəkar fəaliyyətlərində uğurlar arzulayıb, fövqəladə hallarla mübarizə üzrə üzərlərinə düşən vəzifələrini layiqincə yerinə yetirəcəklərinə, dövlətimizə və xalqımıza sədaqətlə xidmət edəcəklərinə əminliyini bildirib.
Sonra 2024-cü ildə Fövqəladə Hallar Nazirliyinin Akademiyasında əyani təhsilini bakalavriat səviyyəsində başa vuran 98 məzun və magistratura səviyyəsində başa vuran 14 məzun vakant vəzifələrin yer aldığı qapalı zərfləri çəkməklə şəffaflıq, aşkarlıq və ədalət prinsipləri əsasında təşkil olunan püşkatma yolu ilə FHN sistemində müxtəlif vəzifələrə təyin ediliblər.
Oxşar xəbərlər
Kəmaləddin Heydərov Naxçıvan FHN-də müşavirə keçirib
“Fövqəladə hallar könüllüləri” proqramı üçün seçilənlər təlimlərə cəlb edilib
FHN: Ötən sutka 40 yanğına çıxış olub, 7 nəfər xilas edilib
FHN: Ötən sutka 60 yanğına çıxış olub, 11 nəfər xilas edilib
FHN: Ötən sutka 21 yanğına çıxış olub, 4 nəfər xilas edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu halda torpağınız əlinizdən ALINACAQ — DİQQƏT!
-
Green Card" alanlara ŞOK: Bu qayda hər şeyi dəyişdi!
-
Azərbaycanda pensiya kapitalı ilə bağlı mühüm MƏQAM: Birdəfəlik ödənilməsi mümkün ola bilərmi?
-
Tramp Tulsi Qabbardın istefasını təsdiqləyib - YENİLƏNİB
-
Dünyanın 103 ölkəsindən 569 QHT WUF13-lə bağlı Bakı Bəyannaməsi imzalayıb
-
D-8: WUF13-ün uğuru Azərbaycanın mühüm beynəlxalq platforma kimi artan nüfuzunu gücləndirib
