MÜTDA:  Məktəbəqədər təhsil müəssisələrinə sənədlərini gecikdirənlərin qeydiyyatı silinəcək
sizinxeber.az xəbər saytı

MÜTDA: Məktəbəqədər təhsil müəssisələrinə sənədlərini gecikdirənlərin qeydiyyatı silinəcək


İyulun 19-dan start verilən 2024-2025-ci tədris ili üzrə uşaqların məktəbəqədər təhsil müəssisələrinə elektron qəbulu prosesi davam edir.


APA xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsil şöbəsinin müdiri İlahə Rəsulova jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, hazırda ölkə üzrə məktəbəqədərə təhsil müəssisələrinə sorğuların verilməsi aparılır:

"Bu günə qədər ölkə üzrə (Bakı şəhəri istisna olmaqla) ümumilikdə 11285 sorğu təsdiq edilib və həmin sorğular üzrə uşaqlar aidiyyəti bağçalara qəbul ediliblər. 47615 nəfər növbəyə yazılıb. Boş yerlərin sayı 56740-dır".

O qeyd edib ki, təhsil müəssisəsinə yeni qəbul olunmuş uşaqlar qrupların komplektləşdirilməsi prosesi başa çatdıqdan sonra cari ilin sentyabrın 1-dən etibarən tədrisə başlaya bilərlər:

" Boş yerlərə qəbul il ərzində aparılır. Dövlət məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu elektron qaydada www.bq.edu.az elektron sənəd qəbulu sistemi vasitəsilə aparılır. Hər hansı səbəbdən elektron sistemdə qeydiyyatı şəxsən aparmaq imkanı olmayan valideynlər əvvəlcədən müəyyən edilmiş “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər".

"Məktəbəqədər təhsil müəssisələrinə sənədlərini gecikdirən və vaxtında təqdim etməyənlərin qeydiyyatı silinəcək", - deyə o qeyd edib.

Oxşar xəbərlər

Agentlik: Hazırda bağça yaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunma göstəricisi 35% təşkil edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Məktəbəhazırlıq qruplarında üstünlük hüququ tətbiq edilən ümumi təhsil müəssisələrinə sərbəst qəbul başlayır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Müəllimlərdən dərs saatlarına görə rüşvət alan direktor işdən çıxarılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Agentlik: İşdən çıxarılan müəllimlərin yerinə işə götürülən olmayacaq, fənn müəllimlərinin dərs saatları artırılacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
“2024–2025-ci tədris ilində icma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili” qrant müsabiqəsi elan edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər