Agentlik: İşdən çıxarılan müəllimlərin yerinə işə götürülən olmayacaq, fənn müəllimlərinin dərs saatları artırılacaq
sizinxeber.az xəbər saytı

Agentlik: İşdən çıxarılan müəllimlərin yerinə işə götürülən olmayacaq, fənn müəllimlərinin dərs saatları artırılacaq


Ölkə üzrə hazırda ehtiyac olunandan daha çox müəllim ümumi təhsil müəssisələrində çalışır.

Sizinxeber.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, müəllimlərin işə qəbuluna dair müsabiqənin vakansiya seçimi mərhələsində 10500 vakant yer təqdim edilib:

" Sertifikasiyadan sonra ümumilikdə 4300-dən çox müəllim işdən çıxarılıb. Ölkə üzrə hazırda ehtiyac olunandan daha çox müəllim ümumi təhsil müəssisələrində çalışır".

O əlavə edib ki, buna görə də hər işdən çıxarılan müəllimin yerinə başqa təhsilverən götürülməyəcək:

"Məktəbdə fəaliyyət göstərən aidiyyatı fənn müəllimlərinin dərs saatları artırılacaq".

Oxşar xəbərlər

Müəllimlərdən dərs saatlarına görə rüşvət alan direktor işdən çıxarılıb
Məktəbəhazırlıq qruplarında üstünlük hüququ tətbiq edilən ümumi təhsil müəssisələrinə sərbəst qəbul başlayır
MİQ üzrə müsabiqənin vakansiya seçimi mərhələsinin başlayacağı tarix açıqlanıb
MÜTDA: Məktəbəqədər təhsil müəssisələrinə sənədlərini gecikdirənlərin qeydiyyatı silinəcək
Agentlik direktoru: Peşə təhsili müəssisələrində inklüzivliyin təmin edilməsi üzrə nəticələr bizi qane etmir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər