Müəllimlərdən dərs saatlarına görə rüşvət alan direktor işdən çıxarılıb
sizinxeber.az xəbər saytı

Müəllimlərdən dərs saatlarına görə rüşvət alan direktor işdən çıxarılıb


Mingəçevir şəhər 4 nömrəli tam orta məktəbin direktoru Azər Qazıyevin müəllimlərdən dərs saatlarına görə rüşvət alması barədə yayılan görüntülərlə bağlı araşdırma aparılıb.

APA xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin məlumatında bildirilib.

Araşdırmanın nəticəsinə əsasən, əmək fəaliyyətində yol verdiyi hüquqpozmaya və kobud nöqsana görə məktəbin direktoru Azər Qazıyev Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun müvafiq əmrinə əsasən, işdən azad edilib.

Agentlik təhsil müəssisələrində əmək fəaliyyətində yol verilən nöqsan, hüquqpozmaların aşkarlanması, qarşısının alınması və aradan qaldırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi məqsədilə monitorinqlərə başlayıb.

Oxşar xəbərlər

Fevral ayının sosial ödənişləri yekunlaşıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident İlham Əliyev: Türk dünyasının birləşməsi TDT-nin hər bir üzvünü gücləndirəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
COP29 Təşkilat Komitəsinin tərkibindəki QHT-lərlə və ekspertlərlə görüş keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fevralın 23-də bütün müavinət və təqaüdlər ödəniləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Göygöl RPŞ-yə yeni rəis müavini təyin edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər