QİÇS-lə Mübarizə Mərkəzi və Narkoloji mərkəzlərdə müalicə olunanların sayı açıqlanıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
18 
iy
2025
15:50

QİÇS-lə Mübarizə Mərkəzi və Narkoloji mərkəzlərdə müalicə olunanların sayı açıqlanıb

18 iy, 2025
15:50
691

QİÇS-lə Mübarizə Mərkəzi və Narkoloji mərkəzlərdə müalicə olunanların sayı açıqlanıb

Bu ilin 6 ayında Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 46420 nəfər istiqamətləndirilib.

APA xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məlumatında deyilir.

Məlumata görə, onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 2531 nəfərdən 1459 nəfərinin istifadəçi olması müəyyən olunub və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilib.

Hazırda metadonla əvəzedici müalicə proqramı üzrə 3 məntəqədə (Respublika Narkoloji Mərkəzində 307, QİÇS-lə Mübarizə Mərkəzində 343, Sumqayıt Narkoloji Mərkəzində 136 nəfər) 786 xəstə müalicə alır.

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən ölkədə narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur.

Qeyd olunub ki, iyun ayının sonuna kimi aşkarlanmış İİV-ə yoluxmuş Azərbaycan vətəndaşları arasında 29 (4,5%) nəfəri inyekson narkotik istifadəçiləri olub.

Bizimlə əlaqə saxlayın