Saray qəsəbəsi ərazisində sexdə yanğın - FOTO - VİDEO
sizinxeber.az xəbər saytı

Saray qəsəbəsi ərazisində sexdə yanğın - FOTO - VİDEO


Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Saray qəsəbəsi ərazisində sexdə yanğın baş verməsi barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində sexdə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində sexin ərazisində hər birinin tutumu 200 litr olan 6 ədəd dəmir çəlləklərin içərisində həlledici qalıqları, 10 p.m. elektrik kabeli, 20 ədəd taxta tara, ümumi sahəsi 1500 m² olan birmərtəbəli toz boya istehsalı sexinin içərisində 2 m² sahədə karton qutular yanıb.

Oxşar xəbərlər

Keşlə qəsəbəsi ərazisində sexdə yanğın baş verib - FOTO - VİDEO
Bakıda sexdə yanğın baş verib - VİDEO
Bakıda mebel sexi yanıb - VİDEO
Abşeron rayonu, Mehdiabad qəsəbəsində sexdə yanğın baş verib - VİDEO
Masallıda sexdə yanğın olub - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər