Bakıda mebel sexi yanıb - VİDEO
sizinxeber.az xəbər saytı

Bakıda mebel sexi yanıb - VİDEO


Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonu, Müzəffər Nərimanov küçəsində sexdə yanğın baş verməsi barədə məlumat daxil olub.

APA nazirliyə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 220kv.m. olan tamet sexində baş vermiş yanğın havanın küləkli və yayılma riskinin yüksək olmasına baxmayaraq genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 220kv.m. olan sexdə soba və rezin qəliblər 70 kv.m. sahədə yanıb.

Sexin böyük hissəsi yanğından mühafizə olunub.

***

09.25

Bakıda mebel sexi yanıb.

Bu barədə APA-ya FHN-dən məlumat verilib.

Bildirilib ki, Nərimanov rayonunda ümumi sahəsi 220 m² olan sexin yanar konstruksiyaları 120 m² sahədə yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxşar xəbərlər

Gəncədə mebel sexi yanıb - FOTO - YENİLƏNİB-1
Bakıda sexdə yanğın baş verib - VİDEO
Keşlə qəsəbəsi ərazisində sexdə yanğın baş verib - FOTO - VİDEO
Bakıda musiqi alətlərinin satıldığı mağaza yanıb - VİDEO
Qazaxda ev yanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər