DİP-lə əlaqədar 250 kredit balı yığan həkimlər və əczaçılar sertifikasiya imtahanından azad ediləcək
Davamlı peşəkar inkişafla (DİP) əlaqədar 250 kredit balı yığan həkimlər və əczaçılar sertifikasiya imtahanından azad ediləcəklər.
Sizinxeber.az-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Təklif olunan yeni dəyişikliklərə əsasən, tibb işçilərinə şərait yaradılır ki, onlar öz sertifikat şəhadətnamələrini ya 5 ildən bir imtahan yolu ilə, ya da 5 il ərzində 250 kredit balı yığmaqla əldə etsinlər. Bu balı toplamaqla imtahandan azad olunurlar. Kredit balı hər il 50 bal olmaqla ümumilikdə 250 bal təşkil edir.
Bu məqsədlə də Qanunun 46-cı maddəsinin 3-cü hissəsi yeni redaksiyada verilir.
Layihə səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
Oxşar xəbərlər
Sertifikasiya imtahanından keçməyən həkimlərin və əczaçıların maaşı 6 ay saxlanılacaq
Həkimlərin və əczaçıların sertifikasiyası üçün yeni prosedur müəyyənləşir
Sertifikasiyadan keçməyən tibb işçilərinin 6 ay müddətində iş yeri və maaşının saxlanılması təklifi ilk oxunuşda qəbul edilib
Sertifikasiyadan keçməyən tibb mütəxəssislərinin 6 ay müddətində iş yeri və maaşı saxlanılacaq
Tibbi işçilərinin sertifikasiya imtahanlarının sualları dəyişəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Arzum" məhkəmə zalında həbs olundu
-
QDTİB-nin İllik Toplantısı çərçivəsində Biznes Forum keçirilir - FOTO
-
DÇ-2026-nın oyunu zamanı meydana azarkeş daxil olub
-
Saks: Orta Dəhliz İpək Yolunun müasir davamıdır
-
Prezident İlham Əliyev və Ursula fon der Lyayen mətbuata birgə bəyanatlarla çıxış ediblər - - FOTO - YENİLƏNİB-1
-
Fitso: Qərb faktiki olaraq Rusiya ilə müharibə vəziyyətindədir
