Bakıda "Güclü Qadın, Güclü Cəmiyyət" mövzusunda tədbir keçirilib
Beynəlxalq Qadınlar Gününə həsr olunmuş kampaniya çərçivəsində Bakıda "Güclü Qadın, Güclü Cəmiyyət" mövzusuna həsr olunmuş tədbir keçirilib.
“Sizinxeber.az” xəbər verir ki, tədbir Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin təşkilatçılığı ilə baş tutub.
Bildirilib ki, kampaniyanın məqsədi gender bərabərliyi və gender paritetinə doğru beynəlxalq tərəqqi haqqında məlumatlılığı artırmaqdır.
Tədbirdə çıxış edən Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko bildirib ki, gender bərabərliyinin artırılması daha güclü cəmiyyətin formalaşmasına töhfə verir:
“Buna görə də Avropa İttifaqının sonuncu Gender Bərabərliyi Strategiyası gender əsaslı zorakılığa son qoymaq üçün əsas məqsədləri ehtiva edir. Bu məqsədlər gender stereotiplərinə meydan oxumaq, əmək bazarında gender boşluqlarını aradan qaldırmaq, iqtisadiyyatın müxtəlif sektorlarında bərabər iştiraka, qərarların qəbulunda və siyasətdə gender balansına nail olmaqdan ibarətdir”.
Daha sonra tədbirdə bir neçə Aİ layihəsinin benefisiarları öz işlərindən bəhs ediblər, uğur qazanmaq üçün faydalı məsləhətlər verərək çətinliklərin öhdəsindən necə gəldikləri barədə danışıblar.
Həmçinin Bakı və regionlardan olan 25 qadın rəssamın əl işlərinin nümayiş olunduğu “Avropanın rəngləri" adlı rəsm sərgisinin açılışı olub və Polşanın Bakıdakı səfirliyinin "Polşanın görkəmli qadınları" adlı sərgi təqdim edilib.
Oxşar xəbərlər
Peter Mixalko: Qadınların imkanlara bərabər çıxış əldə etdikləri cəmiyyətlər daha güclü olur
Komitə sədri: Gender bərabərliyi davamlı və ədalətli iqlim gələcəyi üçün vacib şərtdir
“Gender” ifadəsi Gürcüstanda bütün qanunlardan çıxarılacaq
Cemima Ndzyuki: Gender bərabərliyi iqlim ədalətinin açarıdır
Gender testindən keçə bilməyən Lin Yutin boks üzrə olimpiya çempionu olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT












