Peter Mixalko: Qadınların imkanlara bərabər çıxış əldə etdikləri cəmiyyətlər daha güclü olur
sizinxeber.az xəbər saytı

Peter Mixalko: Qadınların imkanlara bərabər çıxış əldə etdikləri cəmiyyətlər daha güclü olur


Avropa İttifaqı Azərbaycanla tərəfdaşlığı çərçivəsində bərabər imkanları təşviq edən, qadın liderliyini dəstəkləyən və stereotipləri qıran təşəbbüsləri fəal şəkildə dəstəkləyir.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko Bakıda Beynəlxalq Qadınlar günü münasibətilə keçirilən "Maneələri aşmaq və dəyişikliyə yol açmaq" adlı tədbirdə danışıb.

O qeyd edib ki, gender bərabərliyi Aİ-nin beynəlxalq siyasətinin əsas xətlərindən birini təşkil edir:

“Aİ qlobal miqyasda qadınların hüquqlarının və səlahiyyətlərinin artırılmasını dəstəkləməyə davam edir”.

Səfir hesab edir ki, gender bərabərliyinin gücləndirilməsi daha güclü cəmiyyətin qurulmasına töhfə verir:

“Məhz buna görə də biz qadınların diplomatiyada, incəsənətdə, iqtisadiyyatda və bir çox vacib sahələrdə göstərdiyi əzmkarlığı vurğulayacağıq. Biz inanırıq ki, qadınlar imkanlara, təhsilə və liderlik mövqelərinə bərabər çıxış əldə etdikdə cəmiyyətlər daha güclü, firavan, innovativ və dayanıqlı olur. Yalnız qadınlar bu imkanlara sahib olduqda, cəmiyyət öz potensialından tam şəkildə istifadə edə bilir”.

P.Mixalkonun sözlərinə görə, gender bərabərliyi həm də iqtisadi və dayanıqlı inkişafın əsas sütunlarından biridir:

“Biz Avropa İttifaqı-Azərbaycan tərəfdaşlığı çərçivəsində bərabər imkanları təşviq edən, qadın liderliyini dəstəkləyən və stereotipləri qıran təşəbbüsləri fəal şəkildə dəstəkləyirik.

Avropa İttifaqı maneələri aradan qaldırmağa və hər bir qadının inkişaf etməsinə imkan yaratmağa sadiqdir. Gəlin, birlikdə çalışaraq hər bir qadının cəmiyyətə qalıcı təsir göstərmək imkanına sahib olmasını təmin edək”.

Oxşar xəbərlər

Peter Mixalko COP29 Nümayəndəliyinin ofisindən paylaşım edib
Azərbaycanda 38 şirkət BMT-nin Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi Prinsiplərinə qoşulub
Peter Mixalko: Azərbaycanın COP29 üçün göstərdiyi səyləri təqdir edirik
Peter Mixalko: Azərbaycanın COP29 üçün göstərdiyi səyləri təqdir edirəm
Peter Mixalko Azərbaycanı müstəqilliyinin bərpasının ildönümü münasibətilə təbrik edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər